Tarixin bu günü:Akademik Vasim Məmmədəliyev dünyaya gəlib
27 Avqust 2026, 11:33
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1066
10.01.2025, 14:48
Şabranda məktəbliyə xəsarət yetirən 10-cu sinif şagirdi təhsil müəssisəsindən uzaqlaşdırılıb.
Bu barədə Oxu24.com un sorğusuna cavab olaraq Quba-Xaçmaz Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, yanvarın 8-də səhər saatlarında Şabran şəhəri Tofiq Abbasov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 10-cu sinif şagirdi məktəbdənkənar ərazidə 11-ci sinif şagirdinə qarşı aralarında yaranmış mübahisə zamanı xəsarət yetirib: "Xəsarət almış şagird tibb müəssisəsinə yerləşdirilib, hazırda müalicəsi davam etdirilir. Məktəblinin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir. Qeyd olunanlarla yanaşı, stressin idarə olunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək üçün məktəb rəhbərliyinə şagirdlər və pedaqoji heyətlə maarifləndirici söhbətlərin aparılması tapşırılıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır".
İdarədən o da bildirilib ki, məktəb yoldaşına xəsarət yetirən şagird bundan öncə də təhsil müəssisəsinin nizam-intizam qaydalarına uyğun olmayan davranışlar edib, məktəb rəhbərliyi və psixoloq tərəfindən həm şagirdlə, həm də ailəsi ilə mütəmadi olaraq profilaktiki söhbətlər aparılıb.
Son hadisədən sonra valideynin müraciəti və müvafiq ərizəsinə məktəbin pedaqoji şurasında baxılıb və şagird məktəb-şagird kontingentindən uzaqlaşdırılıb.
Qeyd edək ki, hadisə yanvarın 8-də səhər saatlarında qeydə alınıb. Şabran şəhəri Tofiq Abbasov adına 1 nömrəli tam orta məktəbinin 10-cu sinif şagirdinin məktəbdənkənar ərazidə 11-ci sinif şagirdinə qarşı aralarında yaranmış mübahisə zamanı xəsarət yetirdiyi bildirilirdi.
11:33 / 27 Avqust 2026
7
11:29 / 27 Avqust 2026
15
11:28 / 27 Avqust 2026
19
11:16 / 27 Avqust 2026
26
10:54 / 27 Avqust 2026
121
10:50 / 27 Avqust 2026
49
10:35 / 27 Avqust 2026
57
10:29 / 27 Avqust 2026
52
10:13 / 27 Avqust 2026
49
09:58 / 27 Avqust 2026
56
09:47 / 27 Avqust 2026
62
09:31 / 27 Avqust 2026
60
09:10 / 27 Avqust 2026
53
09:06 / 27 Avqust 2026
68
09:02 / 27 Avqust 2026
65
09:00 / 27 Avqust 2026
65
08:58 / 27 Avqust 2026
56
23:46 / 26 Avqust 2026
120
23:16 / 26 Avqust 2026
130
22:53 / 26 Avqust 2026
119
22:53 / 26 Avqust 2026
130
22:26 / 26 Avqust 2026
120
21:53 / 26 Avqust 2026
125
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.