Azərbaycanda bu qərar 1 sentyabrdan qüvvəyə minəcək — DETALLAR
27 Avqust 2026, 11:48
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
542
10.01.2025, 12:18
“Bakıda Tramvay xətlərinin çəkilməsi üçün ilk növbədə uyğun ərazi olmalıdır”.
Oxu24.com xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov “Nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar”a dair keçirilən brifinqdə deyib.
“Bakıda tramvay xəttinin inşasının faydalı ola biləcəyi ərazilər müəyyənləşdirilib. Şəhər mərkəzində insanların hərəkəti üçün ən səmərəli vasitə ilk növbədə metronu görürük. Prezidentin verdiyi tapşırığa uyğun olaraq, metro stansiyaların yerləri və digər məsələlərlə bağlı planlar hazırlanıb. Bu istiqamətdə işlər gedir.
Dəmir yolu xətlərində sovet dövründə mövcud olmuş və hazırda müəyyən qədər modernizasiyasına ehtiyac olan hissələr var. Təkliflər ondan ibarətdir ki, onların da bərpa olunmasına ehtiyac var. Nəticədə həmin hissədə ehtiyac dəmir yolu vasitəsilə ödəniləcək. Metro stansiyaları ilə digər məntəqələr arasında avtobus daşımalarının daha effektiv olacağını düşünürük” .
“Əlavə komponent tramvay xəttidir. Bizim metro və ya dəmir yolu imkanımızın olmadığı yerlərdə, məsələn, Mehdiabad istiqamətindən Azadlıq prospekti boyu, Binəqədidən keçməklə “28 May” istiqamətində tramvay xəttinin çəkilməsi effekt verə bilər. İkinci belə istiqamətlərdən biri, son dövrlərdə əsas cazibə mərkəzlərindən birinə çevrilən “Seebreze” zonasıdır. Hansı ki, əsasən bu bölgədə yenidən salınan bir bölgə kimi tramvay xəttinin inşası effektiv ola bilər.
Bu istiqamətlərdə də araşdırmalarımız davam edir. Məqsəd yalnız hansısa nəqliyyat növünün inşası yox, mövcud resurslarımızın ən effektiv istifadəsinə yönəlməkdir. Tramvay xəttinin çəkilməsi üçün zonalar müəyyənləşdirilir və bu istiqamətdə işlərimiz davam edir”, - qurum rəsmisi əlavə edib.
11:48 / 27 Avqust 2026
1
11:39 / 27 Avqust 2026
10
11:37 / 27 Avqust 2026
30
11:33 / 27 Avqust 2026
39
11:29 / 27 Avqust 2026
35
11:28 / 27 Avqust 2026
38
11:16 / 27 Avqust 2026
37
10:54 / 27 Avqust 2026
143
10:50 / 27 Avqust 2026
53
10:35 / 27 Avqust 2026
58
10:29 / 27 Avqust 2026
55
10:13 / 27 Avqust 2026
51
09:58 / 27 Avqust 2026
56
09:47 / 27 Avqust 2026
62
09:31 / 27 Avqust 2026
60
09:10 / 27 Avqust 2026
53
09:06 / 27 Avqust 2026
68
09:02 / 27 Avqust 2026
65
09:00 / 27 Avqust 2026
67
08:58 / 27 Avqust 2026
56
23:46 / 26 Avqust 2026
121
23:16 / 26 Avqust 2026
131
22:53 / 26 Avqust 2026
119
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.