Universitetə qəbul olunanlara vacib xəbər: Qeydiyyat üçün LİNK...
27 Avqust 2026, 12:13
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
697
09.01.2025, 21:34
Daşkəsən rayonunda yetkinlik yaşına çatmayan qızla evlənən 20 yaşlı oğlan cinayət məsuliyyətinə cəlb edilib.
OXU24.COM xəbər verir ki, rayonun kəndlərindən birinin sakini olan 2004-cü il təvəllüdlü Samir Baxışov (ad-soyadlar şərtidir) Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə təqsirli bilinib.
Daşkəsən Rayon Məhkəməsində keçirilən prosesdə ona hökm oxunub.
Məhkəmədə ifadə verən Samir bildirib ki, qonşu kənddə yaşayan 15 yaşlı Ulduzla evlənməyi əvvəldən planlaşdırmayıb: “At almaq üçün Ulduzun yaşadığı kəndə getmişdim. Həmin vaxt onu görüb bəyəndim. Özümlə qaçıraraq Göygöl rayonunda qardaşımın evinə apardım. 5 gün burada qaldıq və hamıdan gizləndik. Həmin vaxt ərzində valideynlərimizin barışıq əldə etməsini və bizim evliliyimizə razılıq verməsini gözlədik. Barışıq olandan sonra Ulduzu öz kəndimizə apardım və hazırda ər-arvad kimi birgə yaşayırıq”.
Yetkinlik yaşına çatmayan qız da oxşar ifadə verib və Samirdən şikayətinin olmadığını deyib.
Məhkəmənin hökmü ilə Samir Baxışova 1 il şərti cəza verilib. Onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunub.
12:13 / 27 Avqust 2026
6
12:07 / 27 Avqust 2026
26
12:01 / 27 Avqust 2026
33
11:48 / 27 Avqust 2026
157
11:39 / 27 Avqust 2026
39
11:37 / 27 Avqust 2026
45
11:33 / 27 Avqust 2026
51
11:29 / 27 Avqust 2026
54
11:28 / 27 Avqust 2026
53
11:16 / 27 Avqust 2026
51
10:54 / 27 Avqust 2026
213
10:50 / 27 Avqust 2026
58
10:35 / 27 Avqust 2026
64
10:29 / 27 Avqust 2026
59
10:13 / 27 Avqust 2026
55
09:58 / 27 Avqust 2026
62
09:47 / 27 Avqust 2026
65
09:31 / 27 Avqust 2026
64
09:10 / 27 Avqust 2026
55
09:06 / 27 Avqust 2026
70
09:02 / 27 Avqust 2026
67
09:00 / 27 Avqust 2026
70
08:58 / 27 Avqust 2026
58
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.