Plan yerləri ən çox III ixtisas qrupunda dolub - STATİSTİKA
27 Avqust 2026, 12:54
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
573
09.01.2025, 15:19
Bəzi sosial media səhifələrində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Babayev İlkin Əbülfəz oğlunun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi və digər şəxslərin məsuliyyətdən kənarda qalması barədə məlumatlar yayılıb”.
Oxu24.com xəbər verir ki, bu, Baş Prokurorluqdan vətəndaş Solmaz Zeynalovanın müraciəti ilə bağlı verilən açıqlamada bildirilib.
“Çoxsaylı şəxslərin müraciəti əsasında Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılıb, Babayev İlkin Əbülfəz oğlunun qabaqcadan əlbir olan bir qrup şəxs halında Muradov Eldar Murad oğlu, Həsənzadə Mobil İsmiəli oğlu, Məmmədov Allahqulu Qudrət oğlu və Ağazadə Asəf Elşad oğlu ilə birgə işə düzəltmə, torpaq sənədlərinin hazırlanması, təhsil sənədlərinin tanıdılması və digər adlarla 32 şəxsdən müxtəlif məbləğlərdə olmaqla, ümumilikdə 700 min manatdan artıq məbləğdə, o cümlədən Şəmşirov Nahid Rəşid oğlu ilə cinayət əlaqəsinə girməklə 7 şəxsdən 240 min manatdan artıq pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən əməlləri ilə bağlı İlkin Babayev və digər şəxslərə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və digər maddələri ilə ittiham elan edilib və 27 may 2023-cü ildə cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hazırda məhkəmə baxışı davam etdirilir”.
“Eyni zamanda Nahid Şəmşirov Cinayət Məcəlləsinin 178.3.2, 310-cu və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib və Binəqədi Rayon Məhkəməsinin müvafiq qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib”, - rəsmi məlumatda vurğulanıb.
Əlavə olaraq qeyd edilir ki, Baş İdarədə Babayev İlkin Əbülfəz oğlu barəsində əvvəllər Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla dələduzluq) və digər maddələri 3 cinayət işinin ibtidai istintaqı aparılıb və hər 3 iş aidiyyəti üzrə məhkəmələrə göndərilməklə, onlardan 2-si üzrə ittiham hökmü çıxarılıb, 1-i üzrə isə bəraətverici əsaslar olmadan icraata xitam verilib.
Habelə, İlkin Babayevin Bakı istintaq təcridxanasında saxlanıldığı müddət ərzində Cinayət Məcəlləsinin 317-2.1-ci (istintaq təcridxanasında saxlanılan şəxs tərəfindən qadağan edilmiş əşyaların gəzdirilməsi, saxlanılması və istifadəsi) maddəsilə cinayət məsuliyyətinə cəlb edilmiş və həmin iş baxılması üçün aidiyyəti üzrə Sabunçu rayon məhkəməsinə göndərilib.
12:54 / 27 Avqust 2026
1
12:51 / 27 Avqust 2026
12
12:35 / 27 Avqust 2026
28
12:31 / 27 Avqust 2026
34
12:27 / 27 Avqust 2026
344
12:13 / 27 Avqust 2026
75
12:07 / 27 Avqust 2026
41
12:01 / 27 Avqust 2026
45
11:48 / 27 Avqust 2026
226
11:39 / 27 Avqust 2026
45
11:37 / 27 Avqust 2026
52
11:33 / 27 Avqust 2026
57
11:29 / 27 Avqust 2026
62
11:28 / 27 Avqust 2026
57
11:16 / 27 Avqust 2026
64
10:54 / 27 Avqust 2026
265
10:50 / 27 Avqust 2026
63
10:35 / 27 Avqust 2026
68
10:29 / 27 Avqust 2026
62
10:13 / 27 Avqust 2026
60
09:58 / 27 Avqust 2026
63
09:47 / 27 Avqust 2026
65
09:31 / 27 Avqust 2026
64
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.