Qaynar xətt:

(+99450) 247 90 86

Sumqayıtda bir ailənin 5 üzvü dəm qazından zəhərləndi

2025/01/06/1736143451_2017-02-05-22-33-10dem-qazi-zeherlenme.jpg

CƏMİYYƏT

1096

06.01.2025, 10:29

Sumqayıtda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib.

Oxu24.com  xəbər verir ki, hadisə Kimyaçılar yaşayış massivində qeydə alınıb.

Sumqayıt şəhər sakinləri 1969-cu il təvəllüdlü Xankişi Təvəkkül oğlu Ocaqov,onun oğlu 1993-cü il təvəllüdlü Murad Xankişi oğlu Ocaqov,1977-ci il təvəllüdlü Ramil Qiyas oğlu Şirinov,onun oğlu 2012-ci il təvəllüdlü Xəyal Ramil oğlu Şirinov və 1989-cu il təvəllüdlü Elvin Zaman oğlu Mirzəyev dəm qazından zəhərləniblər.

Onlar dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.