Ramil Səfərovun xanımına bu VƏZİFƏ VERİLDİ
14 Dekabr 2025, 01:21
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
399
04.01.2025, 10:00
Ayağı ayaq üstə aşırıb oturmaq ən zərərli və təhlükəli vərdişlərdən biridir. Bu, orqanizmdə varikoz və bir sıra digər problemlərə səbəb ola bilər.
Bu barədə rusiyalı nevroloq Jan Şolomitski xəbərdarlıq edib.
Onun sözlərinə görə, bu formada oturanda ayağın öz ağırlığı altında damarlar sıxılmağa başlayır.
"O qədər də güclü olmasa da, venoz qanın cazibə qüvvəsinə qarşı qalxdığını nəzərə alsaq, o tədricən daha çox ləngiyəcək. Nəticə - varikoz venaların genişlənməsidir", - deyə həkim izah edib.
Şolomitskinin sözlərinə görə, varikozun nə qədər tez özünü göstərəcəyi insanın mobillik dərəcəsindən asılıdır: insan nə qədər aktivdirsə, risk bir o qədər azdır.
Həmçinin oxuyun
"Hərəkət zamanı baldır və kambalavari əzələlər işə düşür - bunlar da venoz qanı ürəyə vurmaq üçün əsas nasoslardır. Bu əzələlər addım atdıqda, ya tullanma zamanı yerdən təkan almağımıza kömək edir və ayaqlarda qan ləngliyini azaldır", - deyə nevroloq dəqiqləşdirib.
Həkim əlavə edib ki, ayaqların çarpaz vəziyyəti, həmçinin çanaq dibinin, çanaq diafraqmasının sıxılmasına səbəb olur, bu, varikoz yaranması riskini daha da artırır.
"Çünki bu vəziyyətdə olan diafraqma ondan keçən sinirləri, qan və limfa damarlarını sıxır, nəticədə, sidik-cinsiyyət sistemi orqanlarında mübadilə prosesləri pozulur. Düz bağırsaq, sidik kisəsi, kişilərdə prostat, qadınlarda uşaqlıq yolu müxtəlif növ iltihabi proseslərin yaranmasına daha həssas olur", - deyə Şolomitski sözlərini yekunlaşdırıb.
Qeyd edək ki, venaların varikoz genişlənməsi sadəcə estetik problem deyil, həm də ciddi xəstəlikdir və təhlükəli nəticələrə gətirib çıxara bilər.
01:21 / 14 Dekabr 2025
539
00:52 / 14 Dekabr 2025
441
00:43 / 14 Dekabr 2025
121
00:04 / 14 Dekabr 2025
233
23:47 / 13 Dekabr 2025
956
23:44 / 13 Dekabr 2025
67
23:30 / 13 Dekabr 2025
75
22:45 / 13 Dekabr 2025
429
22:30 / 13 Dekabr 2025
122
22:28 / 13 Dekabr 2025
147
22:22 / 13 Dekabr 2025
160
22:11 / 13 Dekabr 2025
281
21:58 / 13 Dekabr 2025
434
21:34 / 13 Dekabr 2025
1181
21:21 / 13 Dekabr 2025
100
21:19 / 13 Dekabr 2025
130
21:15 / 13 Dekabr 2025
95
21:02 / 13 Dekabr 2025
85
20:49 / 13 Dekabr 2025
419
20:44 / 13 Dekabr 2025
113
20:36 / 13 Dekabr 2025
98
20:26 / 13 Dekabr 2025
92
20:01 / 13 Dekabr 2025
311
19:53 / 13 Dekabr 2025
112
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.