Qaynar xətt:

(+99450) 247 90 86

Sumqayıtda binada yanğın oldu: sakinlər təxliyə edildi

Sumqayıtda binada yanğın oldu: sakinlər təxliyə edildi

CƏMİYYƏT

278

22.12.2024, 12:18

Sumqayıt şəhərində üçmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə və 2 ədəd məişət avadanlığı yanıb.

Fövqəladə Hallar Nazirliyindən OXU24.COM -a verilən məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 8 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.