Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda aktyor vəfat etdi - Foto

Azərbaycanda aktyor vəfat etdi - Foto

CƏMİYYƏT

1087

21.12.2024, 10:00

Sumqayıt Dövlət Dram Teatrının aktyoru Yalçın Səlimov vəfat edib.

OXU24.COM  verir ki, aktyor uzun müddət səhhətində yaranmış problemlərlə əlaqədar əziyyət çəkib.

Qaraciyər sirrozu diaqnozu ilə hospitala yerləşdirilən aktyora qaraciyər köçürülmüşdü.

Qeyd edək ki, Yalçın Səlimov 1973-cü ildə anadan olub, 1996-cı ildən Sumqayıt teatrının aktyoru olub. O, bu müddət ərzində "Gəl qohum olaq", "Qarağaclar altında məhəbbət", "Cəhənnəm ekspresi", "Müsyö Jordan və dərviş Məstəli şah", "Qocanı Öldürməliyik", "Xilaskar" və sair tamaşalarda yadda qalan obrazlar yaradıb.