Məktəblərdə yeni dərs tədris oluna bilər – RƏSMİ
15 Dekabr 2025, 22:27
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
441
18.12.2024, 12:53
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qida təhlükəsizliyinə nəzarət sisteminin daha təkmil qaydada təşkil edilməsi, eyni zamanda, yüksək risk qrupuna aid olan heyvan mənşəli məhsulların, o cümlədən alkoqollu içkilərin istehsalı və emalı aparılan müəssisələrdə sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi məqsədilə qida obyektlərinin təsdiqi prosesi davam etdirilir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, “Qida təhlükəsizliyi haqqında” Qanuna əsasən, təsdiqi tələb olunan qida obyektləri cavabdeh qida subyektinin müraciəti əsasında müəssisədə aparılacaq yerində qiymətləndirmə və götürülmüş məhsul nümunələrinin nəticələrinə əsasən təsdiq edilir və ya təsdiqindən imtina olunur.
Sahibkarların diqqətinə çatdırılır ki, qanunvericiliyə əsasən, yüksək risk qrupuna aid edilən heyvan mənşəli məhsulların, o cümlədən alkoqollu içkilərin istehsalı, emalı və dövriyyəsi aparılan müəssisələrin qiymətləndirilməsi aparılmadan fəaliyyəti qadağandır. Bundan əlavə, İnzibati Xətalar Məcəlləsinə edilən yeni dəyişikliyə əsasən, təsdiq olunmadan fəaliyyət göstərən qida subyektlərinə cərimə nəzərdə tutulub. Həmçinin ticarət şəbəkələri təsdiqi tələb olunan bu cür qida məhsullarının qəbulu zamanı həmin obyektlərin təsdiqi ilə bağlı çıxarışı və digər müşayiətedici sənədləri tələb edilməlidir.
Qeyd edək ki, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilməklə təsdiqi tələb olunan qida zənciri obyektləri aşağıdakılardır:
- heyvan mənşəli qida məhsullarının istehsalı, emalı və dövriyyəsi ilə məşğul olan qida obyektləri;
- kənd təsərrüfatı heyvanlarının ətinin istehsalı ilə məşğul olan qida obyektləri,
- kəsim məntəqələri;
- ev (kənd təsərrüfatı) quşlarının və dovşankimilərin ətinin istehsalı ilə məşğul olan qida obyektləri;
- fermer təsərrüfatlarında saxlanılan ov heyvanlarının ətinin istehsalı ilə məşğul olan qida obyektləri;
- vəhşi ov heyvanlarının ətinin istehsalı və emalı ilə məşğul olan qida obyektləri;
- ətin farş edildiyi, hazırlandığı və çeşidləndiyi qida obyektləri;
Həmçinin oxuyun
- ət məhsullarının emalı ilə məşğul olan qida obyektləri;
- balıqçılıq məhsullarının istehsalı və emalı ilə məşğul olan qida obyektləri;
- süd və süd məhsullarının emalı ilə məşğul olan qida obyektləri;
- yumurta və yumurta məhsullarının istehsalı və emalı ilə məşğul olan qida obyektləri;
- qurbağa ayaqları və ilbiz istehsalı ilə məşğul olan qida obyektləri;
- heyvanların daxili orqanlarının emalı ilə məşğul olan qida obyektləri;
- jelatin istehsalı ilə məşğul olan qida obyektləri;
- kollagen istehsalı ilə məşğul olan qida obyektləri;
- alkoqollu içkilər, qida spirtinin yerli istehsal və emal müəssisələri;
- tərkibində yem əlavələri və insan istehlakı üçün nəzərdə tutulmayan heyvan mənşəli sub məhsullar olan yem məhsulları istehsal edən müəssisələr və yem əlavələri istehsal edən müəssisələr.
Sahibkarlar qida obyektinin təsdiqi üçün AQTA-nın //e-afsa.gov.az/ saytında “Asan imza” ilə şəxsi kabinetlərinə daxil olaraq onlayn şəkildə və ya şəxsən, kağız daşıyıcıda “ASAN xidmət” mərkəzlərinə, kiçik və orta biznes evlərinə (KOB evlərində) və ya Agentliyə yaxınlaşmaqla müraciət edə bilərlər.
23:02 / 15 Dekabr 2025
4
22:54 / 15 Dekabr 2025
14
22:49 / 15 Dekabr 2025
18
22:48 / 15 Dekabr 2025
19
22:31 / 15 Dekabr 2025
35
22:27 / 15 Dekabr 2025
29
22:09 / 15 Dekabr 2025
165
21:59 / 15 Dekabr 2025
41
21:45 / 15 Dekabr 2025
59
21:10 / 15 Dekabr 2025
1391
20:54 / 15 Dekabr 2025
85
20:38 / 15 Dekabr 2025
1095
20:16 / 15 Dekabr 2025
62
19:46 / 15 Dekabr 2025
155
19:15 / 15 Dekabr 2025
607
18:43 / 15 Dekabr 2025
587
18:36 / 15 Dekabr 2025
74
17:51 / 15 Dekabr 2025
96
17:37 / 15 Dekabr 2025
851
17:14 / 15 Dekabr 2025
106
17:08 / 15 Dekabr 2025
100
16:59 / 15 Dekabr 2025
219
16:49 / 15 Dekabr 2025
890
16:40 / 15 Dekabr 2025
213
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.