İcarəyə götürülən torpaq sahəsi necə özəlləşdirilə bilər?
12 Mart 2026, 22:52
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2423
02.12.2024, 14:07
Dövlət Məşğulluq Agentliyinin Biləsuvar rayon şöbəsində döyüşçüyə sayqısızlıq göstərilir.
İkinci Qarabağ müharibəsində təcavüzkar erməni birləşmələrinə qarşı vuruşlarda iştirak etmiş cəsur döyüşçülərdən biri də Biləsuvar rayonun Ağalukənd kəndində anadan olmuş Məhəmməd Mehtiyevdir.
CityPost.az xəbər verir ki, O,Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 28 sentyabr 2020-ci il tarixli “Azərbaycan Respublikasında qismən səfərbərlik haqqında” sərəncamına uyğun olaraq döyüşlərə qatılıb.
Elə ilk gündən ermənilərin qorxulu kabusuna çevrilən Məhəmməd Mehdiyev Füzuli-Şuşa istiqamətində gedən ağır döyüşlərin iştirakçısı olub.
Döyüş yoldaşlarının və komandirlərinin dərin hörmətini qazanan Məhəmməd döyüşlərdə öndə gedənlərdən olub.Müharibə ərəfəsində O dəfələrdə kiçik yaralar və zədələr alsa da hospitala müraciət etmədən döyüş yolunu davam etdirib.
Həmçinin oxuyun
Döyüşlərin birində düşmənin atdığı qumbaranın partlaması nəticəsində ağır kəllə-beyin zədəsi alan Məhəmməd Mehtiyevin danışıq və nitqində ciddi qüsur yaranıb.O,adi danışıq zamanı belə fikrini çətinliklə izah edir.
Biləsuvar Rayon Hərbi Həkim Komissiyasında ona bildiriblər ki,”Allahına şükür etki,sağsan.Başqaları kimi ömürlük şikəst və ya əlil olmamısan.Sən fikrini çətinliklə də olsa, izah edə bilirsən.Ömürlük şikəst olsaydın nə edərdin?”
Məhəmməd Mehtiyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Dövlət Məşğulluq Agentliyinin Biləsuvar rayon şöbəsinə özünüməşğulluq proqramı çərçivəsində müraciət edib.Orada da xoşagəlməz mənzərə ilə qarşılaşıb. Agentliyin əməkdaşı ona deyib ki, Biləsuvar rayonundan döyüşlərdə iştirak edənlər çoxdur. Sən də onlardan birisən. Gedib, nə üçün fərdi əməklə məşğul olmursan?
Sabiq döyüşçü Məhəmməd Mehtiyev müxbirimizlə söhbəti zamanı bildirib ki, belə mənzərələr onu sarsıtmır. Heç də ruhdan və həvəsdən salmır.
Vətənimizə və xalqımıza qarşı hər hansı təhlükə olarsa,Prezident yenidən səfərbərlik elan edərsə,həmən döyüşlərə qatılmağa hazır olduğunu bildirib.
“Mən döyüşlərə medal qazanmaq,məşğulluq proqramında iştirak etmək və ya hər hansı dvident qazanmaq niyyəti ilə qatılmamışam...Vətənim hər qarışından ötrü canımı belə fəda etməyə hazıram.”
Qeyd edək ki,Mehtiyev Məhəmməd Amil oğlu Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun sərəncamı ilə "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif olunub.
23:54 / 12 Mart 2026
261
23:52 / 12 Mart 2026
165
23:48 / 12 Mart 2026
109
23:33 / 12 Mart 2026
1183
23:17 / 12 Mart 2026
111
23:07 / 12 Mart 2026
99
22:52 / 12 Mart 2026
124
22:45 / 12 Mart 2026
118
22:27 / 12 Mart 2026
114
22:25 / 12 Mart 2026
100
22:22 / 12 Mart 2026
85
22:10 / 12 Mart 2026
116
22:05 / 12 Mart 2026
112
22:00 / 12 Mart 2026
174
21:55 / 12 Mart 2026
5786
21:52 / 12 Mart 2026
156
21:49 / 12 Mart 2026
99
21:38 / 12 Mart 2026
284
21:33 / 12 Mart 2026
119
21:24 / 12 Mart 2026
124
21:20 / 12 Mart 2026
127
21:05 / 12 Mart 2026
125
20:53 / 12 Mart 2026
4716
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.