Miras payı ilə bağlı MÜHÜM MƏLUMAT
09 Noyabr 2026, 19:44
Qaynar xətt:
(+99450) 247 90 86
AKTUAL
862
12.03.2026, 19:33
Etiraf edək ki, süni intellekt texnologiyaları həyatımızın ayrılmaz hissəsində çevrilib. Xüsusilə, ChatGPT kimi sistemlər və OpenAI, Google, Microsoft kimi texnologiya nəhənglərinin hazırladığı alətlərdən hər gün istifadə edirik. İnsanlar artıq süni intellektdən dərs öyrənmək, məqalə yazmaq, proqramlaşdırma və hətta gündəlik problemlərin həlli üçün istifadə edirlər. Lakin bu inkişaf yeni suallar və risklər də yaradır, hətta müəyyən təhlükələrə, xoşagəlməz hallara da səbəb olur.
Bu günlərdə 16 yaşlı gənc oğlanın anasına 15 bıçaq zərbəsi ilə endirərək onu qətlə yetirməsi hadisəsi baş vermişdi.
Maraqlıdır ki, gənc oğlan qətldən öncə “ChatGPT” ilə söhbətləşib. Onun telefonuna baxış keçirilən zaman “ChatGPT” ilə yazışması aşkar olunub. Həmin mesajlarda təqsirləndirilən şəxs süni intellektdən anasını öldürməsinin üsul və vasitələrini, anasını öldürdükdən sonra törətdiyi hadisənin hüquqi nəticələrini və az cəza almaq üçün istintaqa necə ifadə verməli olduğunu soruşub.
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi Emil Mehdiyev bildirib ki, 2025-ci il ərzində ölkə üzrə informasiya texnologiyalarından istifadə etməklə törədilmiş 1799 cinayət faktı qeydə alınıb. Bu cinayətlərin əhəmiyyətli hissəsini onlayn oğurluq və dələduzluq halları təşkil edib.
Mövzunu Oxu24.com-a şərh edən psixoloq Elnur Rüstəmov bildirib ki, yeniyetmə və gənclərin süni intellektlə məsləhətləşib xoşagəlməz və ya riskli addımlar atması psixoloji baxımdan bir neçə mühüm faktorla izah oluna bilər:
“Gənclik dövrü insanın “mən kiməm?” sualına cavab axtardığı mərhələdir. Bu dövrdə gənclər yeni ideyalar, davranışlar və rolları sınaqdan keçirirlər. Süni intellekt isə onlara anonim şəkildə sual vermək, utanmadan hər şeyi soruşmaq, dərhal cavab almaq imkanı verir. Bəzi gənclər bu azadlığı sərhədləri yoxlamaq üçün istifadə edə bilir. Psixologiyada belə bir anlayış var - gənclər qərar verərkən tez-tez avtoritet fiquruna ehtiyac duyurlar. Əvvəllər bu avtoritet valideyn, müəllim, dostlar olurdu. İndi isə bəzi gənclər süni intellekti “bilən və səhv etməyən mənbə” kimi qəbul edirlər. Halbuki süni intellekt insan deyil, etik məsuliyyət daşımır, vəziyyətin bütün kontekstini bilmir. Ona görə də bu yanlış etibar problemlərə və təssüf ki, cinayət hallarına səbəb ola bilir”.
Psixoloqun fikrincə, lakin Konkret şəkildə demək olmaz ki, süni intellektdən istifadə birbaşa psixoza səbəb olur:
“Çünki bu mövzu ilə bağlı hələlik əsaslı elmi araşdırmalar yoxdur. Psixoz daha mürəkkəb bir istiqamətdir və burada genetik meyillər də mühüm rol oynayır. Biz yalnız süni intellektin bəzi hallarda psixozu tətikləyə biləcəyi ilə bağlı ehtimallar və iddialar irəli sürə bilərik. Amma bunu qəti fikir və ya sübut olunmuş nəticə kimi səsləndirmək doğru olmaz”.
Yeganə
11:55 / 13 Noyabr 2026
12
11:45 / 13 Noyabr 2026
22
11:40 / 13 Noyabr 2026
42
11:21 / 13 Noyabr 2026
151
11:15 / 13 Noyabr 2026
61
11:12 / 13 Noyabr 2026
70
11:00 / 13 Noyabr 2026
65
10:50 / 13 Noyabr 2026
65
10:45 / 13 Noyabr 2026
67
10:39 / 13 Noyabr 2026
76
10:25 / 13 Noyabr 2026
92
10:22 / 13 Noyabr 2026
107
10:20 / 13 Noyabr 2026
80
10:08 / 13 Noyabr 2026
347
10:02 / 13 Noyabr 2026
85
09:51 / 13 Noyabr 2026
159
09:46 / 13 Noyabr 2026
1106
09:44 / 13 Noyabr 2026
142
09:38 / 13 Noyabr 2026
112
09:34 / 13 Noyabr 2026
160
09:33 / 13 Noyabr 2026
91
09:31 / 13 Noyabr 2026
104
01:52 / 13 Noyabr 2026
303
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.