Mayın 1-də Bakının bəzi yollarında məhdudiyyət olacaq
28 Aprel 2026, 18:48
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
312
14.11.2024, 11:52
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Kəlbəcər şəhərinin daxili yollarının tikintisi layihəsi sürətlə və keyfiyyətlə icra olunur.
Oxu24.com xəbər verir ki, Kəlbəcər şəhərinin ilk yaşayış məhəlləsinin təməli 2023-cü il may ayının 27-də Prezident İlham Əliyevin Kəlbəcər rayonuna səfəri zamanı qoyulub.
Şəhərin daxili yollarının 4 tip en kəsiyinə uyğun tikilməsi nəzərdə tutulub. Hər bir tip en kəsiyinin əhəmiyyətinə uyğun olaraq, hərəkət zolaqlarının sayı 2-4 ədəd, eni 3-3,5 metr, yaşıllıq zolağının eni 1,5-3 metr, velosiped zolağının eni 0.7-1,5 metr, piyada zolağının eni 2-4 metr, tramvay zolağının eni isə 4 metr təşkil edir. Yolların torpaq yatağının eni 12-18-24-30 metr olaraq dəyişir.
Qeyd edək ki, ümumi uzunluğu 26,5 km təşkil edəcək şəhər daxili yollarının birinci mərhələdə 18,9 km hissəsinin tikintisi işləri aparılır.
Kəlbəcər şəhərinin ilk yaşayış məhəlləsini əhatə edən 6 km uzunluğunda daxili yollarda yol yatağının tikintisi başa çatıb, hazırda təqribən 3.6 km hissədə torpaq işləri həyata keçirilir.
Həmçinin oxuyun
Bundan başqa küçələr boyu Kəlbəcər şəhərinin kommunikasiya xətlərinin (su, kanalizasiya, yağış suları boruları, qaz, rabitə və elektrik xətləri) tikintisi işlərinin də icrası artıq yekunlaşmaq üzrədir.
Tikinti-bərpa işləri “İnşaat Norma və Qaydaları”na uyğun, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin şəxsi nəzarəti altında həyata keçirilir.
"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na uyğun olaraq Kəlbəcər şəhərinin daxili yollarının tikintisi layihəsinin 2026-cı ildə başa çatdırılması nəzərdə tutulur.
18:54 / 28 Aprel 2026
12
18:48 / 28 Aprel 2026
20
18:48 / 28 Aprel 2026
29
18:29 / 28 Aprel 2026
70
18:18 / 28 Aprel 2026
152
18:04 / 28 Aprel 2026
60
17:40 / 28 Aprel 2026
44
17:05 / 28 Aprel 2026
54
16:44 / 28 Aprel 2026
70
16:28 / 28 Aprel 2026
57
16:22 / 28 Aprel 2026
160
16:17 / 28 Aprel 2026
75
16:07 / 28 Aprel 2026
73
15:53 / 28 Aprel 2026
73
15:45 / 28 Aprel 2026
193
15:43 / 28 Aprel 2026
77
15:27 / 28 Aprel 2026
71
15:24 / 28 Aprel 2026
135
15:22 / 28 Aprel 2026
101
15:16 / 28 Aprel 2026
107
15:10 / 28 Aprel 2026
88
15:03 / 28 Aprel 2026
109
15:01 / 28 Aprel 2026
88
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.