Gəncədə zəncirvari qəza - Ağır yaralanan var
16 Aprel 2026, 00:39
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
234
19.09.2024, 18:27
Ötən gün vətəndaş Ağayev Damət Ağakişi oğlu sosial media səhifələrində prokurorluq orqanlarına ünvanladığı şikayətinə baxılmamasına dair məlumatlar yayıb.
Oxu24.com xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidməti bununla bağlı açıqlama yayıb.
Bildirilib ki, Damət Ağayevin “Aslan” Mənzil Tikinti Koperativinin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərinə dair 2018-ci ildən etibarən etdiyi müraciətləri əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb: “Belə ki, vətəndaş Lalə Dünyamalıyeva 10 iyun 2006-cı il tarixli müqavilə əsasında “Aslan” MTK-dan mənzil almış, 2018-ci ildə nikaha daxil olduqdan sonra əri Damət Ağayev həmin MTK-nın vəzifəli şəxsləri barədə prokurorluq orqanlarına müraciət ünvanlamış və ərizədə göstərilən hallar yoxlanılarkən şikayətin mülki xarakterli olması müəyyən edilib.
Həmçinin oxuyun
Eyni zamanda müəyyən edilib ki, Damət Ağayevin həmin xüsusatlarla bağlı mülki iddiasına Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmış və Məhkəmənin 29 mart 2018-ci il tarixli qətnaməsi ilə iddiası təmin olunmayıb.
Bundan başqa, ötən müddət ərzində Damət Ağayev Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən 6 dəfə, Baş Prokurorluq və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəhbərliyi və digər əməkdaşları tərəfindən isə dəfələrlə qəbul edilərək dinlənilmiş, şikayətində göstərdiyi hallar yoxlanılaraq ona aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuş, buna baxmayaraq o, prokurorluq orqanlarının fəaliyyətinə aid olmayan məsələlərlə müraciətlərini davam etdirmiş və qəbullar zamanı qurumun iş fəaliyyətini pozmağa cəhd edib.
Odur ki, vətəndaş müraciətləri ilə bağlı məsələlər dərc olunarkən həssaslıq nümayiş etdirilməklə rəsmi dövlət qurumları ilə dəqiqləşdirmə aparılması xahiş olunur”.
00:53 / 16 Aprel 2026
201
00:39 / 16 Aprel 2026
80
23:47 / 15 Aprel 2026
211
23:34 / 15 Aprel 2026
202
23:22 / 15 Aprel 2026
388
23:13 / 15 Aprel 2026
74
23:13 / 15 Aprel 2026
599
22:47 / 15 Aprel 2026
77
22:45 / 15 Aprel 2026
110
22:42 / 15 Aprel 2026
1367
22:37 / 15 Aprel 2026
77
22:25 / 15 Aprel 2026
89
22:22 / 15 Aprel 2026
97
22:22 / 15 Aprel 2026
67
22:20 / 15 Aprel 2026
80
22:08 / 15 Aprel 2026
402
22:05 / 15 Aprel 2026
77
21:57 / 15 Aprel 2026
207
21:52 / 15 Aprel 2026
81
21:45 / 15 Aprel 2026
77
21:41 / 15 Aprel 2026
249
21:41 / 15 Aprel 2026
94
21:28 / 15 Aprel 2026
92
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.