Azərbaycan incəsənətinə ağır itki üz verib
08 Sentyabr 2026, 00:18
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
273
13.09.2024, 09:00
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
Bu barədə AQTA məlumat yayıb.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, İngiltərənin Yorkşir və Humber regionunda, Çexiyanın Karlovar diyarında, İsveçrənin Bazel-Landşaft, Bazel-Ştadt, Turqau kantonlarında blutanq, Butan Krallığının Çxukha rayonunda və Nigeriyanın Delta ştatında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. vakansiyalar
Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyətlər tətbiq olunub.
Belə ki, Yorkşir və Humber regionunda, Karlovar diyarında və Bazel-Landşaft, Bazel-Ştadt, Turqau kantonlarında xəstəlik baş vermiş təsərrüfatdan 150 km radiusda olan məsafədən bütün növ diri iri və xırdabuynuzlu heyvanların, dəvələrin, həmçinin onlara aid genetik materialların, Çxukha rayonunda və Delta ştatında isə xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.Məlumatda qeyd olunub ki, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə həm də qeyd olunan inzibati ərazi vahidlərindən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan, habelə respublika ərazisindən tranzitlə digər ölkələrə gedən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Dövlət Gömrük Komitəsinə də müraciət olunub.
00:20 / 08 Sentyabr 2026
79
00:18 / 08 Sentyabr 2026
806
00:08 / 08 Sentyabr 2026
137
23:59 / 07 Sentyabr 2026
69
23:36 / 07 Sentyabr 2026
175
23:26 / 07 Sentyabr 2026
65
23:22 / 07 Sentyabr 2026
1915
23:16 / 07 Sentyabr 2026
83
23:14 / 07 Sentyabr 2026
294
23:09 / 07 Sentyabr 2026
56
22:44 / 07 Sentyabr 2026
88
22:09 / 07 Sentyabr 2026
108
21:59 / 07 Sentyabr 2026
91
21:45 / 07 Sentyabr 2026
71
21:30 / 07 Sentyabr 2026
61
21:23 / 07 Sentyabr 2026
116
21:03 / 07 Sentyabr 2026
68
20:58 / 07 Sentyabr 2026
74
20:54 / 07 Sentyabr 2026
71
19:54 / 07 Sentyabr 2026
92
19:50 / 07 Sentyabr 2026
1040
19:48 / 07 Sentyabr 2026
161
19:45 / 07 Sentyabr 2026
79
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.