Azərbaycan incəsənətinə ağır itki üz verib
08 Sentyabr 2026, 00:18
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
327
12.09.2024, 22:50
“Vətən müharibəsi şəhidləri ilə bağlı məqalələr "Wikipedia"dan silinib”.
OXU24.COM xəbər verir ki, bu iddia ilə texnobloqer, Mətbuat Şurası İdarə Heyətinin üzvü Fərid Pərdəşünas çıxış edib.
O, üç min şəhidlə bağlı məlumatların "Wikipedia"dan tamamilə silindiyini "Facebook" hesabında yazıb:
“Aralarında yüksək rütbəli hərbçilər, polkovnik-leytenantlar var. Müharibə illərində könüllü qruplar tərəfindən yaradılan şəhid məqalələri azərbaycanlı vikipediyaçılar tərəfindən təmamilə silindi. Onlar buna səbəb kimi, şəhidlərin qeyri-ensiklopedik şəxslər olduğunu əsas gətiriblər. Bu, birbaşa azərbaycanlı vikipediyaçıların şəxsi təşəbbüsü əsasında olub. Aylardır buna zəmin hazırlanırdı. Təsəvvür edin, Azərbaycanda adına küçə olan, illərini vətənə xidmətlə keçirən, 5 medal sahibi şəhid bu ölkə üçün qeyri-ensiklopedik adlandırılıb, "Wikipedia"dan silinir”.
Məsələ ilə bağlı “Qafqazinfo” "Wikipedia Azərbaycan"ın inzibatçısı Ayxan Ziyadzadə ilə əlaqə saxlayıb.
İnzibatçı bildirib ki, şəhidlər haqqında informasiyaların tamamilə silinməsi barədə məlumatlar reallığı əks etdirmir. Həmin məlumatlar siyahılaşdırılıb və "Wikipedia"da verilib:
“Şəhid məqalələri 2020-ci ildən başlayaraq Azərbaycanca "Wikipedia"da könüllülərin fərdi təşəbbüsü ilə müvəqqəti olaraq yaradılmışdı. Bunun məqsədi ilkin olaraq şəhidlərimiz haqqında məlumatın azad platformaya yerləşdirilməsi və geniş çərçivədə resurs mənbələrinin bunu özünə köçürməsi idi. "Wikipedia" buna görə uyğun idi ki, orada yazılan mətnlər müəllif hüquqları ilə qorunmur, hər kəs köçürə bilər. Buna baxmayaraq, son dörd il ərzində bu məqalələri saxlamaq çətinləşməyə başlamışdı”.
A.Ziyadzadə əlavə edib ki, "Wikipedia" Azərbaycan Respublikasının nəzdində olan vebsayt deyil, qlobal platformadır və müəyyən qaydalar var ki, beynəlxalq formada tətbiq edilir:
“Biz əlimizdən gəldikcə o məqalələri saxlamağa çalışdıq, lakin artıq məsələ ABŞ-də yerləşən "Wikimedia" Fondunun diqqətinə belə çatmışdı. "Wikipedia"nın qaydalarına əsasən, həmin məqalələr ümumiyyətlə yaradılmamalı idi. Bu səbəblə son çarə kimi, artıq yaradılan məqalələrin öz məqsədinə çatdığı qənaətində olaraq konsensus ilə silinməsinə qərar verilmişdi. Buna baxmayaraq, həmin konsensus aylardır icra olunmurdu. Mən sadəcə silmə səlahiyyətlərinə malik bir inzibatçı kimi həmin konsensusu icra etmişəm.
Şəhidlərin ruhu, mirası biz də daxil olmaqla bütün Azərbaycan vətəndaşları üçün ucadır. Biz onların mirasının davam etməsi üçün əlimizdən gələni etmişik və baş vermiş hadisənin bu cür şərh edilməsi məni şəxsən məyus edir”.
00:20 / 08 Sentyabr 2026
79
00:18 / 08 Sentyabr 2026
806
00:08 / 08 Sentyabr 2026
137
23:59 / 07 Sentyabr 2026
69
23:36 / 07 Sentyabr 2026
175
23:26 / 07 Sentyabr 2026
65
23:22 / 07 Sentyabr 2026
1915
23:16 / 07 Sentyabr 2026
83
23:14 / 07 Sentyabr 2026
294
23:09 / 07 Sentyabr 2026
56
22:44 / 07 Sentyabr 2026
88
22:09 / 07 Sentyabr 2026
108
21:59 / 07 Sentyabr 2026
91
21:45 / 07 Sentyabr 2026
71
21:30 / 07 Sentyabr 2026
61
21:23 / 07 Sentyabr 2026
116
21:03 / 07 Sentyabr 2026
68
20:58 / 07 Sentyabr 2026
74
20:54 / 07 Sentyabr 2026
71
19:54 / 07 Sentyabr 2026
92
19:50 / 07 Sentyabr 2026
1040
19:48 / 07 Sentyabr 2026
161
19:45 / 07 Sentyabr 2026
79
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.