Azərbaycan incəsənətinə ağır itki üz verib
08 Sentyabr 2026, 00:18
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
230
12.09.2024, 19:46
“Qiymət artımından bir ay sonra, yəni 15 sentyabrdan etibarən internetdən imtina edənlərin müraciəti qəbul edilməyəcək və imtina edərlərsə, onlar cərimələnəcək”.
Publika.az xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz özünün “Facebook” hesabında paylaşımında qeyd edib.
O internet qiymətinin bahalaşmasından sonrakı vəziyyət haqqında məlumat verib:
“1. Bölgələrdə internetden imtina edənlər və şərikli internetlə bağlı statistika indiyədək açıqlanmayıb. Bildiyim qədər hər bir bölgədə çox sayda abunəçilər modemləri qaytararaq internetdən imtina edirlər. Sosial mediada da imtina ilə bağlı xeyli materiallar yerləşdirilib.
“Şərikli internet”ə daha çox əhali sıx yaşayan yerlərdə üstünlük verilir.
2. İndi də “Aztelekom” bildirib ki, qiymət artımından bir ay sonra, yəni 15 sentyabrdan sonra internetdən imtina edənlərin müraciəti qəbul edilməyəcək və əgər imtina olarsa onlar cərimələnəcək. “Aztelekom” iddia edir ki abonent bir il istifadə edəcəyi ilə bağlı müqaviləyə imza atıb. Abonentin isə bundan xəbəri yoxdur.
Xatırladıram ki, qanuna zidd formada tərtib olunaraq imzalatdırılan müqavilələrin hər hansı hüquqi əsası yoxdur.
3. Gözlənildiyi kimi “Aztelekom”un hər abonentə minimal 100 Mb/s sürət iddiası iflasa uğrayıb. Açıqlanan məlumatlardan görsənir ki, təqdim edilən sürətlər müqavilədə nəzərdə tutulanlardan xeyli aşağıdır. Bununla bağlı İKTA -ya və Antiinhisara da xeyli şikayətlər daxil olduğu bildirilir.
4. Sektorun tənzimləyici qurumu olan İKTA indiyədək bir dəfə də olsun bu məsələyə münasibət bildirməyib, daxil olan kütləvi şikayətlər və kütləvi imtinalarla bağlı heç bir açıqlama verməyib. Bir dəfə də olsun “Aztelekom”un müqavilələrini araşdırmayıb, 100Mb/s sürət qəbul etmək üçün texnoloji imkanı olmayan bir abonentlə belə bir sürət üçün necə, hansı əsasla müqavilə bağlanmasını araşdırmayıb.
Bir dəfə də olsun “Aztelekom”da monitorinq aparmayıb ki, görsün ki bu qurum hər bir abonetə 100 Mb/s sürət verə bilir , yoxsa onun ümumiyyətlə belə bir texniki-texnoloji imkanı yoxdur.
Anlamıram ki, bunlar olmayacaqsa, operatorlar və provayderlər öz bildiklərini edəcəksə onda yüzlərlə işçisi olan bu tip tənzimləyici qurum yaratmağa, onu saxlamağa ehtiyac vardımı?
Elə RİNN-in tənzimləmə şöbəsinin müdiri Əliyar Təmirov 20 ildir 3-4 nəfərlik komanda ilə bu işi görürdü də.
Təsəvvür etməzdim ki, tənzimləyici qurum provayderlər qarşısında bu dərəcədə aciz durumda ola bilər.
5. Antiinhisarın araşdırmaları başa çatmayıb. Güman ki bu günlərdə Antiinhisar bununla bağlı növbəti açıqlamasını yayacaq.
Ötən gün Antiinhisar təbii inhisar subyektlərinin nümayəndələrini yığaraq bir daha yeni Rəqabət Məcəlləsinin yeni tələblərini onlara çatdırıb”.

00:20 / 08 Sentyabr 2026
79
00:18 / 08 Sentyabr 2026
806
00:08 / 08 Sentyabr 2026
137
23:59 / 07 Sentyabr 2026
69
23:36 / 07 Sentyabr 2026
175
23:26 / 07 Sentyabr 2026
65
23:22 / 07 Sentyabr 2026
1915
23:16 / 07 Sentyabr 2026
83
23:14 / 07 Sentyabr 2026
294
23:09 / 07 Sentyabr 2026
56
22:44 / 07 Sentyabr 2026
88
22:09 / 07 Sentyabr 2026
108
21:59 / 07 Sentyabr 2026
91
21:45 / 07 Sentyabr 2026
71
21:30 / 07 Sentyabr 2026
61
21:23 / 07 Sentyabr 2026
116
21:03 / 07 Sentyabr 2026
68
20:58 / 07 Sentyabr 2026
74
20:54 / 07 Sentyabr 2026
71
19:54 / 07 Sentyabr 2026
92
19:50 / 07 Sentyabr 2026
1040
19:48 / 07 Sentyabr 2026
161
19:45 / 07 Sentyabr 2026
79
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.