Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11684
az

Saxta qidaları belə seçin – 5 ƏRZAQ

21:4505 Aprel, 2019
796
CƏMİYYƏT
  • A
Gündəlik istifadə olunan bir çox ərzaq məhsulları var ki, onların saxta olduğunu heç ağlımıza belə gətirmirik. Bu cür ərzaqlardan istifadə sağlamlığa da mənfi təsir edir. Buna görə də, aldığınız məhsulların saxta və ya təbii olduğunu müəyyən etmək lazımdır.

Oxu24.com medicina.az-a istinadən 5 qidanın saxta olub-olmadığını təyin etmə qaydalarını təqdim edir:

Bal

Bal istehsalçılarının fantaziyaları tükənməzdir. Balı bir çox hallarda fruktozanı qızdırıb, ona nişasta əlavə edərək hazırlayırlar. Bəzi hallarda isə arıçılar arıya şəkər yedirərək, daha "təbii" bal əldə edirlər.

Saxta balın dünyaca məşhur bazarı Çin hesab edilir. Bu ölkədə hətta rəngləyici və ətirləndirici ilə hazırlanan şokoladlı, albalılı bal də istehsal olunur.

Yoxlanması:

Balın təbii olub-olmadığını yoxlamaq üçün onu çay qaşığının ucunda götürün. Əsl bal qaşıqda uzun müddət qalacaq və axmayacaq. Ağıza qoyduqda isə boğazı qıcıqlandırmalıdır.

Pendir

Pendir nə qədər bahadırsa, deməli, bir o qədər çox emal olunub. Məsələn, bahalı pendir sortu olan parmesanı daha ucuz başa gəlsin deyə, palma yağı vurulur. Buna görə də yalançı parmesan daha yumşaq olur. Təbii parmesan pendirini isə demək olar ki, kəsmək mümkün deyil, o ovxalanacaq. Onun içərisində demək olar ki, məsamələr yoxdur.

Yoxlanması:

Tərkibi oxuyun: təbii pendirin tərkibində süd, zərdab və pendir fermenti olur. Təbii olub-olmadığını yoxlamaq üçün pendir diliminin üzərinə yod tökün. Əgər onun tərkibində nişasta varsa, o zaman pendir göy rəng alacaq. Bu isə onun saxta olmasından xəbər verir. Həmçinin saxta pendiri oda tutduqda o ərimir, yanır.
 
Zeytun yağı

"Extra virgin" adı ilə istehsal olunan zeytun yağı tünd şüşə butulkada, tənəkə qablarda saxlanmalıdır. Amma bəzi hallarda istehsalçılar qarğıdalı və ya günəbaxan yağına ətirləndirici və rəng qataraq, onu zeytun yağı adı ilə satışa verirlər.

Yoxlanması:
 
Şüşə qabı soyuducuda saxlayın. Əsl zeytun yağı qatılaşacaq və çöküntü verəcək.

Şokolad

Şokoladın tərkibi əsasən kakao yağından ibarətdir. Şokoladın dadı və ətri də burdan irəli gəlir. Təbii kakaonun tərkibində antioksidantlar, polifenollar və alkoloidlər mövcuddur.

Lakin bəzən şokoladın tərkibində olan kakao yağını palma yağı ilə və ya digər sintetik maddələrlə əvəzləyirlər.
 
Yoxlanması:

Keyfiyyətli şokoladın səthi parlaq və hamar olur. Saxta məhsul isə plastilini xatırladır. Tərkibi palma yağından ibarət olan şokolad plitkası səssiz qırılır, təbii məhsul isə sındıqda çıqqıltı səsi verir. Yaxşı şokoladı  əldə saxladıqda tez bir zamanda əriməyə başlayır.

Balıq kürüsü

Bu məhsul çox baha olduğu üçün onu hər gün almaq qeyri-mümkündür. Təbii qara və qırmızı kürü çox faydalıdır.
Saxta kürünü dəniz yosunundan, jelatindən və rəngləyicilərdən hazırlayırlar. Bəzən onun görünüşü təbii kürüyə o qədər çox bənzəyir ki, ayırmaq qeyri-mümkün olur. Əsl kürü ağızda partlayır, saxta kürü isə ağızda çeynənir. Təbii məhsulda mayenin miqdarı çox az olur.

Yoxlanması:

Bir neçə ədəd kürünü qaynar suya atın. Təbii kürü formasını itirməyərək suda üzür. Saxta kürü isə deformasiyaya uğrayaraq  əriməyə başlayır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İran valyutası ilə bağlı KRİTİK QƏRAR -Dörd sıfır silinəcək
Bu ölkədə 6,1 bal gücündə ZƏLZƏLƏ OLDU
Suriyanın yeni xarici işlər naziri o oldu

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ