Qaynar xətt:

(+99450) 247 90 86

Dərinizi cavanlaşdırır, qırışları açır

2019-04/1554321854_743885.jpg

CƏMİYYƏT

736

04.04.2019, 00:04

\"\" Qoz yalnız dadlı və faydalı çərəz deyil. Ondan üz dərisinin cavan və sağlam qalması üçün  maska kimi də istifadə etmək mümkündür. Bu maskanı yaxşı olardı ki, 2 həftə boyunca həftədə bir dəfə tətbiq edəsiniz.
Qozun tərkibində dərini qidalandıran, nəmləndirən bir sıra maddələr mövcuddur. Onun tərkibində bol miqdarda dəmir, fosfor, kalsium, maqnezium, A, B, E və P vitaminləri var. Oxu24.com təqdim etdiyi qoz maskası dərini qidalandırır, tonuslaşdlrlr, vitaminlərlər təmin edir, hamarlaşdırır, həmçinin də təmizləyir. Resept: • 1 x/q xırdalanmış çiy qoz • 1 x/q bal • 2 x/q zeytun yağı HAZIRLANMASI: 1. Təxminən 4-5 ədəd qozu təmizləyin. Onları xırdalayaraq sıyıq halına salın. 2. Daha sonra alınan kütləni 1 x/q bal ilə qarışdırın. 3. Qarışıma 2 x/q zeytun, badam və ya kətan yağı əlavə edin. Sadalanan bitki yağlarını yağlı xama ilə də əvəz etmək olar. 4. Yaxşıca qarışdırdıqdan sonra eyni qalınlıqda üzünüzə çəkin. 5. 10-15 dəqiqə saxladıqdan sonra üzünüzü isti su ilə yuyun. Daha sonra isə mineral su ilə yaxalayın.