Qaynar xətt:

(+99450) 247 90 86

Kolbasa sexində yanğın oldu: xəsarət alan var

Kolbasa sexində yanğın oldu: xəsarət alan var

CƏMİYYƏT

295

10.08.2024, 18:53

Şabran şəhərində kolbasa sexinin ərazisində ümumi sahəsi 20 m² olan tikilinin içərisində quraşdırılan elektrik lövhəsində 3 ədəd qoruyucu açar və 5 p.m. elektrik kabeli yanıb.

Bu barədə OXU24.COM -a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb