Qaynar xətt:

(+99450) 247 90 86

Fikrət Doluxanov vəzifəsindən getdi

Fikrət Doluxanov vəzifəsindən getdi

CƏMİYYƏT

250

09.08.2024, 13:35

İctimai Televiziya və Radio Yayımları Şirkətinin Xəbərlər departamentinin direktoru Fikrət Doluxanov vəzifəsindən gedib.

Oxu24.com xəbər verir ki, o bu barədə feysbuk hesabında yazıb.

“Bu kitabın yeni səhifələri artıq mənsiz yazılacaq və oxunulacaq. Mən isə yeni çağırışlar, yeni imkanlar, və yeni nailiyyətlərə doğru addımlamalıyam, çünki həyat – yoldur”, - deyə o bildirib.

Xatırladaq ki, F. Doluxanov bu vəzifəyə 2021-ci il yanvarın 6-da təyin olunmuşdu.

2022-ci ilin dekabrında Xocalıda Rusiya sülhməramlıları ilə F. Doluxanov arasında yaşanan insident ictimaiyyətdə əsas müzakirə mövzusuna çevrilmişdi. Jurnalistin operatoruna “çək, Fərmayıl, çək”, - deyə müraciət etdiyi kadrlar xeyli danışılmışdı.