“WhatsApp” bu telefonlarda artıq işləməyəcək
08 Sentyabr 2026, 23:59
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
294
08.08.2024, 12:42
Təcrübə göstərir ki, seçkilər zamanı ölkəmizin informasiya mühitinə kənardan yönləndirilən təhdidlər artır, informasiya manipulyasiyasının bütün formalarının sistemli şəkildə tətbiq edilməsi halları müşahidə olunur. İctimai rəyi çaşdırmağa, ölkəmiz haqqında mənfi rəy yaratmağa yönəlmiş bu kimi hallara qarşı sayıqlığımızı daha da artırmalıyıq.
Oxu24.com xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin İcraçı Direktoru Əhməd İsmayılov Bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin Milli Məclisə seçkilərdə fəaliyyətinin əsaslarına həsr olunan müşavirədə çıxışı zamanı deyib.
O qeyd edib ki, ictimai rəyi çaşdırmağa, ölkəmiz haqqında mənfi rəy yaratmağa yönəlmiş bu kimi hallara qarşı sayıqlığımızı daha da artırmalıyıq.
“Medianın İnkişafı Agentliyi qərəzli və sistemli şəkildə ölkəmizə qarşı yönəlmiş feyk xəbərlərin vaxtında, operativ qayda da aşkarlanıb ifşa olunması üçün digər müvafiq dövlət qurumları ilə sistemli iş aparmaqdadır. Bu qəbildən olan təhdidlərin təsir dairəsinin azaldılmasında Azərbaycanın ciddi media subyektlərinin çevik dəstəyi həmişə vacibdir.
Xüsusi vurğulamaq istərdik ki, informasiya texnologiyalarının verdiyi imkanlardan yararlanaraq media etikasının tələblərini müntəzəm qaydada pozan, dəqiqləşdirilməmiş, qərəzli məlumatlar yayan dairələr ölkəmizin media ictimaiyyəti tərəfindən daim qınanılmış və informasiya mühitinin sağlamlaşdırılması, informasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində dövlətin fəaliyyət strategiyasına dəstək nümayiş etdirilib”,- deyə Ə.İsmayılov bildirib.
23:59 / 08 Sentyabr 2026
124
23:39 / 08 Sentyabr 2026
101
23:29 / 08 Sentyabr 2026
56
23:16 / 08 Sentyabr 2026
71
22:46 / 08 Sentyabr 2026
98
22:34 / 08 Sentyabr 2026
64
22:14 / 08 Sentyabr 2026
69
22:00 / 08 Sentyabr 2026
80
21:43 / 08 Sentyabr 2026
62
21:32 / 08 Sentyabr 2026
73
21:25 / 08 Sentyabr 2026
338
21:19 / 08 Sentyabr 2026
76
21:01 / 08 Sentyabr 2026
73
21:00 / 08 Sentyabr 2026
97
21:00 / 08 Sentyabr 2026
63
20:50 / 08 Sentyabr 2026
73
20:48 / 08 Sentyabr 2026
69
20:40 / 08 Sentyabr 2026
64
20:39 / 08 Sentyabr 2026
89
20:25 / 08 Sentyabr 2026
278
20:23 / 08 Sentyabr 2026
65
20:20 / 08 Sentyabr 2026
67
20:10 / 08 Sentyabr 2026
87
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.