Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyevin 73 yaşı tamam olur

Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyevin 73 yaşı tamam olur

CƏMİYYƏT

478

26.07.2024, 13:47

Bu gün Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyevin 73 yaşı tamam olur

Xalqımız Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı – “Azərittifaq”ın sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyevi daim yaxşılığın keşiyində dayanan ləyaqətli, yüksək mənəviyyata malik bir ictimai-siyasi xadim, savab əməlləri, xoş məramlı işləri ilə insanların hörmət və sevgisini qazanan müdrik bir ağsaqqal kimi tanıyır.

Eldar müəllim, Siz çox illik parlament fəaliyyətiniz boyu Milli Məclisin üzvü olaraq bir çox önəmli məsələlərə dair qanunların müzakirəsində və qəbul edilməsində, həmçinin  parlamentin işində yaxından iştirakınızla Milli Məclisin uğurlu fəaliyyətinə böyük töhfələr vermisiniz. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurlu və qətiyyətli siyasətini hər zaman  dəstəkləmiş, ölkəmizin ictimai və sosial-iqtisadi həyatında əhəmiyyətli rol oynayaraq xalqımıza böyük xidmətlər göstərmisiniz. Sizin fədakar əməyiniz dövlətimiz, həmçinin bir sıra xarici ölkələr və təşkilatlar tərəfindən dəfələrlə yüksək təltiflərlə o cümlədən yübliley medalları, fəxri fərmanlar və diplomlarla qiymətləndirilib.

Həyat və fəaliyyəti gənclərimiz üçün bir örnək olan Eldar Quliyev bu gün Azərbaycan Ağsaqqallar Şurasının sədri kimi Vətənimizin tərəqqisi naminə var qüvvəsi ilə çalışır. Hər zaman öz səmərəli və təqdirəlayiq işləri ilə seçilən Azərbaycan Ağsaqqallar Şurası son illərdə Eldar Quliyevin rəhbərliyi ilə daha aktiv şəkildə fəaliyyət göstərməyə başlamışdır. Şuranın 77 şəhər və rayon təşkilatında birləşən onminlərlə üzvü ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və humanitar inkişafına, cəmiyyət həyatının müxtəlif məsələlərinin həllinə dəyərli töhfələr vermək, yeniyetmə və gəncləri Vətənə, xalqa, dövlətə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək və maarifləndirmək üçün üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. Hazırda ölkəmizin ictimai-siyasi və mədəni həyatında yaxından iştirak edərək öz fəaliyyətini bir çox istiqamətlərdə quran Azərbaycan Ağsaqqallar Şurası millət vəkili, professor Eldar Quliyevin başçılığı ilə öz məhsuldar fəaliyyətini beynəlxalq səviyyədə, xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində də uğurla davam etdirir. Eldar Quliyev Azərbaycan Ağsaqqallar Şurasının sədri  olaraq bu gün müstəqil dövlətçiliyimizin inkişafına, cəmiyyətimizin, xüsusilə də gənc nəslin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə hörmət ruhunda tərbiyəsi işinə dəyərli töhfələr verir, ölkəmizin müstəqilliyi və tərəqqisi  uğrunda vətənpərvər mübarizlərin yetişməsində böyük rol oynayır. 

İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov və çoxsaylı Şura üzvləri adından Sizi – ölkəmizin ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyət göstərən nüfuzlu şəxsiyyəti, hər zaman xalqına, Vətəninə bağlı olan müdrik ağsaqqalı şərəflə yaşadığınız ömrünüzün 73-cü ildönümü münasibətilə ürəkdən təbrik edir, Sizə uca Allahdan uzun ömür, möhkəm cansağlığı, Azərbaycanımızın inkişafı naminə gördüyünüz bütün işlərdə uğurlar arzulayırıq!

 

Hörmətlə,
Saleh Səmədov 
İmişli rayon Ağsaqqallar Şurasının sədri

Ağır qəza: Yaralılar var

21:50 / 10 Sentyabr 2026

KRİMİNAL KRİMİNAL

Ağır qəza: Yaralılar var

54

0
15 yaşlı uşaq avtomobil sürərsə, nə qədər cərimə yazılır? – Ekspertdən AÇIQLAMA  

21:35 / 10 Sentyabr 2026

HÜQUQ HÜQUQ

15 yaşlı uşaq avtomobil sürərsə, nə qədər cərimə yazılır? – Ekspertdən AÇIQLAMA  

63

0
Kanat qəzasında günahkar kimdir? – Məsul şəxsləri 7 ilədək həbs gözləyə bilər   

21:30 / 10 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Kanat qəzasında günahkar kimdir? – Məsul şəxsləri 7 ilədək həbs gözləyə bilər   

88

0
İran ABŞ ordusuna aid pilotsuz sualtı qayığı vurub

21:27 / 10 Sentyabr 2026

DÜNYA DÜNYA

İran ABŞ ordusuna aid pilotsuz sualtı qayığı vurub

51

0
Məhkəmə iclasına getməsəniz nə baş verər? – Vəkildən AÇIQLAMA  

21:20 / 10 Sentyabr 2026

HÜQUQ HÜQUQ

Məhkəmə iclasına getməsəniz nə baş verər? – Vəkildən AÇIQLAMA  

57

0
Böyrəkdə daş var, amma ağrı vermir: Onu saxlamaq olarmı?

21:16 / 10 Sentyabr 2026

TİBB TİBB

Böyrəkdə daş var, amma ağrı vermir: Onu saxlamaq olarmı?

61

0
Orta Dəhlizdə yeni çağırışlar və Azərbaycanın tranzit potensialı: Politoloq vacib məqamlardan DANIŞDI  

21:15 / 10 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Orta Dəhlizdə yeni çağırışlar və Azərbaycanın tranzit potensialı: Politoloq vacib məqamlardan DANIŞDI  

57

0
Yeni 100 manatlıq əskinasların tanınmama PROBLEMİ: İqtisadçıdan vacib AÇIQLAMALAR  

21:06 / 10 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Yeni 100 manatlıq əskinasların tanınmama PROBLEMİ: İqtisadçıdan vacib AÇIQLAMALAR  

66

0
Təhsil sistemində köklü İSLAHAT: Pedaqoji ixtisaslar yalnız dövlət sifarişi ilə olmalıdır?   

20:51 / 10 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Təhsil sistemində köklü İSLAHAT: Pedaqoji ixtisaslar yalnız dövlət sifarişi ilə olmalıdır?   

108

0
“Tənbəl zob” bağırsaqları və ürəyi niyə yavaşladır? – Həkimdən XƏBƏRDARLIQ  

20:50 / 10 Sentyabr 2026

TİBB TİBB

“Tənbəl zob” bağırsaqları və ürəyi niyə yavaşladır? – Həkimdən XƏBƏRDARLIQ  

60

0
Ac qalaraq arıqlamaq mümkündürmü? – Arıqlamaq istəyərkən ürəyinizi riskə atmayın   

20:40 / 10 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Ac qalaraq arıqlamaq mümkündürmü? – Arıqlamaq istəyərkən ürəyinizi riskə atmayın   

59

0
Azərbaycanda ata oğlunun toyunda HƏBS OLUNDU 

20:38 / 10 Sentyabr 2026

KRİMİNAL KRİMİNAL

Azərbaycanda ata oğlunun toyunda HƏBS OLUNDU 

580

0