Dünyanın ən sağlam 10 meyvəsi açıqlandı — Siyahı
14 May 2026, 00:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
364
25.07.2024, 15:43
Hərbi liseylərə qəbul imtahanının nəticələri elan edilib.
Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, imtahanlarda iştirak etmiş abituriyentlər imtahan nəticələri, “cavab kartı” və “cavab vərəqi”nin qrafik təsviri, həmçinin qiymətləndirmə meyarları ilə buradan tanış ola bilərlər.
Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operator nömrələrindən “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Hərbi liseylərə qəbul imtahanında iştirakı gözlənilən 1322 abituriyentdən 26 nəfər gəlməyib.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 26-28 iyul tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:
Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;
Abituriyentlərin müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;
Abituriyentlərin apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir.
Bundan sonra şagirdlər apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.
Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.
00:25 / 14 May 2026
188
23:53 / 13 May 2026
304
23:36 / 13 May 2026
190
23:05 / 13 May 2026
660
23:05 / 13 May 2026
213
23:03 / 13 May 2026
94
23:00 / 13 May 2026
176
22:57 / 13 May 2026
84
22:55 / 13 May 2026
97
22:53 / 13 May 2026
77
22:38 / 13 May 2026
338
22:05 / 13 May 2026
222
21:30 / 13 May 2026
119
21:29 / 13 May 2026
145
21:22 / 13 May 2026
98
21:16 / 13 May 2026
157
21:15 / 13 May 2026
122
21:10 / 13 May 2026
93
21:09 / 13 May 2026
136
21:04 / 13 May 2026
182
20:58 / 13 May 2026
1117
20:42 / 13 May 2026
217
20:32 / 13 May 2026
123
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.