Qaynar xətt:

(+99450) 247 90 86

İmişlidə qəza - Velosipedçi xəsarət aldı

İmişlidə qəza - Velosipedçi xəsarət aldı

CƏMİYYƏT

273

17.07.2024, 13:41

İmişli rayonunda yol nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində gənc velosipedçi xəsarət alıb.

Oxu24.com xəbər verir ki, hadisə səhər saatlarında İmişli şəhəri Heydər Əliyev prospektində qeydə alınıb.

1998-ci il təvəllüdlü Hüseynov Qəfəralı Qurban oğlu velosipedlə hərəkətdə olarkən “VAZ” markalı avtomobil tərəfindən vurulub. Veslosipedçi xəsarət alaraq İmişli rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.