Qaynar xətt:

(+99450) 247 90 86

Sel gözlənilir - ƏHALİYƏ XƏBƏRDARLIQ

Sel gözlənilir - ƏHALİYƏ XƏBƏRDARLIQ

CƏMİYYƏT

293

16.07.2024, 13:27

İyulun 18-20-də əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

 

Bu barədə  Oxu24.com-a  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, bəzi yerlərdə (Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Qazax-Gəncə, Daşkəsən-Gədəbəy, Şərqi Zəngəzur) yağıntıların leysan xarakterli olacağı ehtimalı var.

 

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.