Qaynar xətt:

(+99450) 247 90 86

"WhatsApp"da yeni funksiya olacaq

"WhatsApp"da yeni funksiya olacaq

CƏMİYYƏT

368

13.07.2024, 18:57

Məşhur “WhatsApp” mesencerində bütün söhbət mesajlarını başqa dilə tərcümə etmək imkanı olacaq.

Yenilik artıq tətbiqin 2.24.15.9 nömrəli beta versiyasında qeydə alınıb. Materialın müəllifləri qeyd edirlər ki, çatların tam tərcüməsi ayrı-ayrı mesajların tərcüməsinin məntiqi davamı olacaq.

“Görünür, “WhatsApp” özünün daxili mesaj tərcüməçi texnologiyasını inkişaf etdirir. Bu yanaşma hələ də başdan-ayağa şifrələməni saxlayır, çünki mesencer cihazda mesajları emal edəcək. Buna görə də “WhatsApp” tərcümə üçün bəzi dil paketlərini endirməli olacaq”, – deyə məlumatda bildirilir.

Əvvəlcə yalnız altı dilin – rus, ingilis, ərəb, ispan, portuqal (Braziliya) və hindi dillərinin dəstəklənməsi planlaşdırılır, lakin siyahı genişlənəcək. Yeni funksiyanın tam buraxılış tarixləri hələ məlum deyil.