Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
114178
az

Azərbaycandabu şəxslərdaha tez pensiyaya çıxa biləcəklər -İZAH

11:5111 İyul, 2024
229
CƏMİYYƏT
  • A

Nazirlər Kabineti “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edib. Kabinetin son qərarı “Əmək pensiyaları haqqında” Qanunda müzakirə edilən dəyişikliklər ilə bağlıdır və bununla da pensiyaların hesablanması qaydasına əlavələr gətirir.


Oxu24.com  xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.


“Nazirlər Kabinetinin təsdiq etdiyi yeni qaydalar pensiyalar hesablanan zaman hərbi qulluqçularımız üçün xidmət yaşının dəyişdirilməsini nəzərdə tutmaqla yanaşı qanunverici dəyişikliklər pensiya məbləğlərinin hesablanması mexanizmini də yeniləyir. “Əmək pensiyaları haqqında” Qanunda edilən dəyişikliklərə əsasən, minimum xidmət müddətinə görə, qulluq stajına görə əlavənin faizi 50-dən 65-ə qaldırılır. Eyni zamanda, 25 ildən yuxarı hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 2 faizi (müdafiə sistemində xidmət edən şəxslər üzrə isə – 3 faizi) miqdarında əlavə olunacaq. Bu o deməkdir ki, əgər əvvəlki qaydalar ilə qulluq stajına görə əlavənin 50 faizi götürülərək pensiya məbləği hesablanırdısa yeni dəyişikliklər ilə bu rəqəm 65 faiz olacaq. Bu da birbaşa pensiya məbləğinin artmasına xidmət edəcək. Bu o deməkdir, bu şərtlərlər daxilində pensiyaya çıxan hərbiçilərimizin pensiyalarında artım olacaq”.


Deputat qeyd edib ki, dəyişikliklərə əsasən, 1 yanvar 2024-cü ilədək xidmət müddətinin ən azı 17 ili tamam olan hərbçilərimiz 20 il tamam olandan sonra pensiyaya çıxa bilərlər:


“Yəni əgər hərbçimiz 17, 18 və ya 19 il qulluq edibsə və yeni dəyişikliklərdən sonra 25 deyil, 20 xidmət ilindən sonra pensiyaya çıxmaq istəyirsə, qanun buna imkan yaradacaq. Bu zaman hərbçimiz öz istəyindən asılı olaraq, 20 xidmət ili tamam olanda və ya 25 il qulluq edib daha yüksək məbləğ ilə pensiya hüququ qazana bilər. Bununla da pensiyaya çıxmağa 3 ili qalan hərbçilərimiz üçün seçim təklif olunur və qulluq müddəti ilə bağlı dəyişikliklər onlara təsir etmir.Digər tərəfdən, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar üçün dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın son yaş həddi 45-dən 48-ə artırılır. Bu dəyişikliyin əsas məqsədi adıçəkilən hərbi qulluqçuların hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə müddətində (25 təqvim ili ərzində) hərbi xidmətdə olmalarının təmin edilməsi, habelə onların təcrübəsindən daha səmərəli və uzun müddət yararlanmaqdır”.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şok iddia: Sadıqov ev dustaqlığındadır
Məşhur sosial şəbəkələr çökdü
Prezident İlham Əliyev Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı paylaşım edib

Misirdə qədim abidə tapılıb

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
Məşhur futbolçu saxlanılıb