Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
114098
az

Naxçıvandakı dönərxanalarda nöqsanlar aşkarlandı

15:1210 İyul, 2024
110
CƏMİYYƏT
  • A

Muxtar respublikada fəaliyyət göstərən 34 dönərxanada monitorinqlər aparılıb.

Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyindən  bildirilib ki, monitorinqlər zamanı əsasən müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərməsi və qida təhlükəsizliyi reyestrinə daxil edilməməsi, texnoloji ardıcıllıq prinsipinə əməl edilməməsi, xammalların müşayiətedici sənəd, baytarlıq arayışı və s. sənədlər olmadan qəbulunun həyata keçirilməsi, temperatur rejiminə əməl olunmaması, yararlılıq müddəti ötmüş xammalın istifadəsinə yol verilməsi və s. kimi hallar aşkarlanıb.

Monitorinqlər çərçivəsində dönərlərdən nümunələr götürülərək müayinə məqsədilə Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Müayinələr nəticəsində 4 nümunədə (2 toyuq və 2 mal əti dönəri) uyğunsuzluqlar aşkarlanıb. Sınaq nəticələrindən asılı olaraq müvafiq tədbirlər həyata keçirilib, 1 müəssisədə işlərin görülməsi və xidmətlərin göstərilməsinin dayandırılması, ilkin və dövri tibbi müayinədən keçməyən işçi heyətin üzvünün (üzvlərinin) kənarlaşdırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şok iddia: Sadıqov ev dustaqlığındadır
Məşhur sosial şəbəkələr çökdü
Prezident İlham Əliyev Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı paylaşım edib

Misirdə qədim abidə tapılıb

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
Məşhur futbolçu saxlanılıb