Pensiyaların ödəniləcəyi TARİX
10 Sentyabr 2026, 17:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
390
09.07.2024, 22:53
"İsti havalarda ölümcül istilik vurmasının qarşısını almaq üçün paltar və papaqlarınızı su ilə islatmaq, nəm saxlamaq, Voltarol və ibuprofen kimi iltihab əleyhinə dərmanlar qəbul etməkdən çəkinmək lazımdır".
OXU24.COM xəbər verir ki, bu barədə "Daily Mail"ə britaniyalı həkim Rob Qallovey məlumat verib.
Həkim qeyd edib ki, təhlükəli istilik vurmasından qorunmağın ən yaxşı yolu günəşin pik saatlarında evdə qalmaqdır. Onun sözlərinə görə, havanın temperaturunun 25°C-dən yuxarı olması, yüksək rütubətlə birlikdə sağlamlıq üçün təhlükəli hesab olunur:
"Bədənin güclü qızması nəticəsində həyati vacib orqanların (ürək, qan damarları, mərkəzi sinir sistemi) funksiyalarının pozulması baş verə bilər ki, bu da sağlamlığın kəskin şəkildə pisləşməsinə, baş ağrılarına, huşunu itirməsinə və ürək bulanmasına, bəzi hallarda isə ölümə səbəb olur.
Çölə çıxmaq lazımdırsa, özünüzlə kifayət qədər içməli su götürdüyünüzə əmin olun. Açıq rəngli kətan və ya pambıq paltar, həmçinin kepka və ya şlyapa geyinmək eyni dərəcədə vacibdir".
Qallovey izah edib ki, yüksək rütubət şəraitində tərin buxarlanması və bədənin soyumasının effektivliyi azalır, buna görə də paltar və papaqları su ilə nəmləndirmək tövsiyə olunur.
Həkim həmçinin voltarol və ibuprofen kimi antiinflamatuar dərmanların qəbulunu dayandırmağı tövsiyə edib. Bu dərmanların böyrək və bağırsaq funksiyalarını poza biləcəyini söylyib:
"2023-cü ildə European Journal of Applied Physiology jurnalında dərc edilən araşdırmada müəyyən edilib ki, bədən istiliyi yüksəldikdə bağırsaq zədələnməsi də baş verir. Bu o deməkdir ki, iltihab əleyhinə dərmanların istiliklə birləşməsi bu həzm orqanına "ikiqat zərbə" verir.
Bağırsağın zədələnməsi həmçinin bağırsaq selikli qişasının keçiriciliyinin artmasına səbəb ola bilər ki, bu da öz növbəsində bakteriyaların qana daha asan daxil olmasına imkan verir və potensial olaraq sepsisə (qan zəhərlənməsinə) səbəb olur".
17:25 / 10 Sentyabr 2026
32
17:09 / 10 Sentyabr 2026
40
16:58 / 10 Sentyabr 2026
39
16:32 / 10 Sentyabr 2026
43
16:19 / 10 Sentyabr 2026
47
16:05 / 10 Sentyabr 2026
66
15:50 / 10 Sentyabr 2026
60
15:43 / 10 Sentyabr 2026
68
15:29 / 10 Sentyabr 2026
68
15:09 / 10 Sentyabr 2026
67
14:50 / 10 Sentyabr 2026
65
14:44 / 10 Sentyabr 2026
80
14:38 / 10 Sentyabr 2026
68
14:28 / 10 Sentyabr 2026
72
14:19 / 10 Sentyabr 2026
89
14:11 / 10 Sentyabr 2026
77
13:59 / 10 Sentyabr 2026
97
13:52 / 10 Sentyabr 2026
559
13:49 / 10 Sentyabr 2026
73
13:49 / 10 Sentyabr 2026
208
13:45 / 10 Sentyabr 2026
83
13:44 / 10 Sentyabr 2026
78
13:41 / 10 Sentyabr 2026
73
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.