İmtahan nəticələri açıqlandı
10 Sentyabr 2026, 18:13
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
466
09.07.2024, 11:12
Prezident İlham Əliyev "Məşğulluq haqqında" qanuna edilən dəyişiklikləri təsdiq edib. Sənədə əsasən, 3 ay ərzində Nazirlər Kabineti kvotadan əlavə iş yerlərinin yaradılması və məqsədli proqramların həyata keçirilməsi qaydalarını təsdiq edəcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə növbəti yarım il ərzində sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin kateqoriyaları üzrə faiz dərəcələrini və məqsədli proqramların həyata keçirilməsi çərçivəsində işəgötürən tərəfindən yaradılan hər iş yerinə görə iqtisadi fəaliyyət növlərinin xüsusiyyətləri nəzərə alınmaqla ayrılacaq vəsaitin məbləğini təsdiq edəcək. Hər iki qurum hazırlanan sənədlər ilə bağlı Ölkə Prezidentinə məlumat verəcək.
Bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
“Qanuna edilən dəyişikliklər iş axtaran vətəndaşlarımızın özəl sektorda işlə təmin olunmaqla dövlətdən ayda minimum əmək haqqı məbləğində, yəni 345 manat vəsait almasına imkan verəcək. Minimum əmək haqqı artdıqca bu məbləğ də yüksələcək. Yeni qanun özəl sektorda dövlət hesabına daha çox iş yerlərinin yaradılmasına xidmət edəcək və dövlət İşsizlikdən Sığorta Fondunun vəsaiti hesabına özəl sektorda kvotadan əlavə 15 iş yerinin yaradılmasını dəstəkləyəcək. Praktik olaraq ilkin qiymətləndirmələrə görə, təxminən 15 mindən artıq vətəndaşımızın kvotadan əlavə işlə təmin edilməsi mümkün olacaq. Bu zaman onların maaşları dövlət tərəfindən ödəniləcək və onlar özəl sektorda işə cəlb olunacaqlar”.
Deputat qeyd edib ki, yeni qanun eyni zamanda, dövlət və özəl tərəfdaşlığının gücləndirilməsinə imkan verəcək, işaxtaranların daha qısa zamanda işlə təmin olunmasına şərait yaradacaq.
“Xüsusən də əmək bazarında daha çox tələb olunan ixtisaslar üzrə dövlət tərəfindən maaşların ödənilməsi həyata keçiriləcək. Kvotadan əlavə iş yerlərinin yaradılması və həmin iş yerlərində çalışanların maaşlarının dövlət tərəfindən ödənilməsi həm özəl sektor üçün işçiləri cəlb etmək baxımından, həm də işsizlərin daha qısa zamanda işlə təmin olunması baxımından yeni bir imkandır. Qanun ölkəmizdə məşğulluğun daha yaxından təmin olunmasına və iş axtaranların qısa müddətdə işlə təmin olması üçün yeni imkanlar yaratmaqla əhalinin sosial təminatının daha da yaxşılaşdırılmasına xidmət edəcək”.(Sfera)
18:13 / 10 Sentyabr 2026
1
17:59 / 10 Sentyabr 2026
32
17:49 / 10 Sentyabr 2026
43
17:25 / 10 Sentyabr 2026
64
17:09 / 10 Sentyabr 2026
65
16:58 / 10 Sentyabr 2026
57
16:32 / 10 Sentyabr 2026
58
16:19 / 10 Sentyabr 2026
61
16:05 / 10 Sentyabr 2026
75
15:50 / 10 Sentyabr 2026
66
15:43 / 10 Sentyabr 2026
71
15:29 / 10 Sentyabr 2026
72
15:09 / 10 Sentyabr 2026
71
14:50 / 10 Sentyabr 2026
69
14:44 / 10 Sentyabr 2026
85
14:38 / 10 Sentyabr 2026
73
14:28 / 10 Sentyabr 2026
75
14:19 / 10 Sentyabr 2026
93
14:11 / 10 Sentyabr 2026
79
13:59 / 10 Sentyabr 2026
99
13:52 / 10 Sentyabr 2026
588
13:49 / 10 Sentyabr 2026
76
13:49 / 10 Sentyabr 2026
218
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.