Güclü yanğın olub - FHN
10 Sentyabr 2026, 18:42
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
205
08.07.2024, 10:14
Azərbaycan uzunmüddətli davamlı inkişafı təmin etmək üçün qalıq yanacaq sənayesindən əldə edilən gəlirlərdən istifadə edir.
Oxu24.com xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti Muxtar Babayev bu gün ADA Universitetində işə başlayan 18-ci Bakı Yay Enerji Məktəbinin açılış mərasimində deyib.
O xatırladıb ki, bu ilin noyabrında bütün dünya qlobal iqtisadiyyatı sıfır emissiyaya uyğunlaşdırmaq və qlobal istiləşməni 1,5 dərəcə hədəflə məhdudlaşdırmaq üçün Bakıda toplaşacaq.
Onun sözlərinə görə, əsas iqtisadi vəzifə layihənin həyata keçirilməsi üçün sıfır emissiyaya keçidə imkan verəcək şəraiti yaratmaqdır: “Əsas prinsiplərdən biri iqlim dəyişikliyi ilə mübarizədə hər kəsə dəstək olmaqdır. Biz ölkələri emissiyaları azaltmaq, iqlim dəyişikliyinin təsirlərinə uyğunlaşmaq və fəaliyyətləri haqqında şəffaf hesabat təqdim etmək üçün yeni planlar hazırlamağa təşviq edəcəyik. Buna görə də biz emissiyaların azaldılması üzrə milli planımızı yeniləmək üzərində işləyirik”.
O, həmçinin qeyd edib ki, COP29-da iqlim dəyişikliyi ilə mübarizə üçün aydın və iddialı yeni maliyyə planı razılaşdırılmalıdır: “Bu, bir çox inkişaf etməkdə olan ölkələri geridə qoyan maneələri aradan qaldırmağa və planet üçün qlobal maliyyə sistemini yenidən qurmağa kömək edəcək”.
18:53 / 10 Sentyabr 2026
1
18:47 / 10 Sentyabr 2026
18
18:45 / 10 Sentyabr 2026
20
18:42 / 10 Sentyabr 2026
23
18:33 / 10 Sentyabr 2026
34
18:26 / 10 Sentyabr 2026
45
18:18 / 10 Sentyabr 2026
308
18:13 / 10 Sentyabr 2026
44
17:59 / 10 Sentyabr 2026
50
17:49 / 10 Sentyabr 2026
54
17:25 / 10 Sentyabr 2026
98
17:09 / 10 Sentyabr 2026
71
16:58 / 10 Sentyabr 2026
60
16:32 / 10 Sentyabr 2026
62
16:19 / 10 Sentyabr 2026
65
16:05 / 10 Sentyabr 2026
79
15:50 / 10 Sentyabr 2026
70
15:43 / 10 Sentyabr 2026
77
15:29 / 10 Sentyabr 2026
73
15:09 / 10 Sentyabr 2026
73
14:50 / 10 Sentyabr 2026
71
14:44 / 10 Sentyabr 2026
88
14:38 / 10 Sentyabr 2026
74
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.