Qaynar xətt:

(+99450) 247 90 86

Bu şəxslərə sevindirici xəbər: Aprelin 20-dək...

Bu şəxslərə sevindirici xəbər: Aprelin 20-dək...

CƏMİYYƏT

1616

28.03.2019, 20:20

\"\"  \"Maarifçi\" Tələbə Kredit Fondunun təhsil kreditlərinin verilməsi üçün elan etdiyi müddət uzadılıb.
Oxu24.com -un  məlumatına görə, Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov bildirib ki, mart ayında qeyri-iş günlərinin olması nəzərə alındığı üçün elanın müddəti 20 aprel 2019-cu ilədək davam edəcək:
\"Kredit almaq üçün tələbələrin Fondun veb-saytından (www.maarifci.az) elektron müraciət etmələri kifayətdir. Bu elan sessiyasında təqdim olunacaq təhsil kreditləri 2018-2019-cu tədris ili üzrə təhsil alan, aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqqı borcu üçün nəzərdə tutulub\". Qeyd edək ki, təhsil haqqı kreditlərinin verilməsi məqsədilə VIII elan sessiyası martın 1-dən aprelin 5-dək olan dövr üçün elan edilmişdi.