Qaynar xətt:

(+99450) 247 90 86

DİN qandonduran hadisə ilə bağlı açıqlama yaydı: Şüşə parçası ilə...

DİN qandonduran hadisə ilə bağlı açıqlama yaydı: Şüşə parçası ilə...

CƏMİYYƏT

2527

06.07.2024, 20:34

İyulun 6-da saat 18:30 radələrində Saatlı rayonu Dədə Qorqud kəndində 1952-ci il təvəllüdlü Ağayev Ramiz Gülabdin oğlunun yaşadığı evdə şüşə parçası ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

 

Bu barədə Oxu24.com-a DİN-in Mətbuat Xidmətindən bildirilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən, oğlu 2000-ci il təvəllüdlü Ağayev Rabil Ramiz oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.