Qaynar xətt:

(+99450) 247 90 86

Pezeşkianın bu sözləri gündəm oldu: “Evdə həmişə türkcə danışırdım və...”

Pezeşkianın bu sözləri gündəm oldu: “Evdə həmişə türkcə danışırdım və...”

CƏMİYYƏT

380

06.07.2024, 13:30

İranda Məsud Pezeşkian 53,7 faiz səs toplayaraq ölkənin 9-cu prezidenti olub.

OXU24.COM xəbər verir ki, Pezeşkian seçki şüarlarında “Türkəm və bununla fəxr edirəm” ifadələrini işlədib.

İslahatçı namizəd Məsud Pezeşkianın seçki dönəmində verdiyi açıqlamalar yenidən gündəmə gəlib. Ölkənin 9-cu prezidenti olan Pezeşkian türk olduğunu, ailə arasında fars deyil, türkcə danışıldığını, türk olması ilə fəxr etdiyini bildirib.

Pezeşkian böyük diqqətlə həyata keçirdiyi seçki şüarlarında bu ifadələri işlədib: “Evdə uşaqlarımla həmişə türkcə danışırdım, farsca deyil. Mən türkəm. Anam da, əcdadlarım da türkdür. Bununla qürur duyuram”.