Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 81-ci km-dən Biləsuvar şəhərinə doğru ayrılan yol ilə hərəkət martın 29-u səhər saatlarından qismən məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Oxu24.com-a verilən məlumata görə, məhdudiyyət yolda aparılacaq təmir işləri ilə əlaqədardır.
Qismən məhdudlaşma 3-4 gün ərzində qüvvədə saxlanılacaq. Bu müddət ərzində sürücülər sözügedən istiqamət üzrə sıxlıq yaranmasın deyə alternativ olaraq magistral yolun 111-ci km-dən Cəlilabad şəhərinə doğru ayrılan yoldan istifadə etməklə Biləsuvar şəhərinə və əksinə hərəkət edə bilərlər.
Yarana biləcək müvəqqəti narahatlığa görə AAYDA vətənfdaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.
Oxu24.com
ŞƏRHLƏR