Qaldığı evdən oğurluq etdi
10 Sentyabr 2026, 19:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
396
04.07.2024, 15:15
“Son günlər ölkə ərazisində ekzogen geoloji proseslərin-torpaq sürüşmələrinin dinamikasında artım müşahidə olunmaqdadır”.
Oxu24.com xəbər verir ki, bunu Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev deyib.
Onun sözlərinə görə, proseslərin inkişafında klassik sürüşmə ocaqlarının mövcudluğu ilə yanaşı 2024-cü ilin iyun ayı ərzində ölkə ərazisində, xüsusilə dağlıq və dağətəyi rayonlarda qısamüddətli, lakin leysan xarakterli yağışların tez-tez təkrarlanması ciddi rol oynayıb.
“Dağlıq rayonlarda ay ərzində 24 gün yağıntılı keçib və yağıntının miqdarı normadan çox olub, bu da sürüşmələrin mövsümə uyğun olmayan anomal təzahürlərini şərtləndirib. Qısa dövr ərzində Quba rayonunun Xınalıq, İsmayıllı rayonunun Namazgah-Lahıc, Qoydan və Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 75.2-ci kilometrliyində baş verən nisbətən iri sürüşmə sahələrinin qeydə alınması təbii geoloji, texnogen və iqlim faktorlarının birgə təsiri nəticəsində formalaşıb”, - Ə.Əliyev bildirib.
Ə.Əliyevin sözlərinə görə, Geoloji Kəşfiyyat Agentliyinin mütəxəssisləri tərəfindən ən iri sürüşmə ocağı olan Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 75.2-ci kilometrliyindəki sürüşmə sahəsinə operativ mühəndis-geoloji baxış keçirilib, prosesin baş vermə səbəbləri və onun inkişaf perspektivliyi qiymətləndirilib:
"Ərazinin relyef-morfoloji xüsusiyyətlərinə (yamacın mailliyi 40-450) və infiltrasiya sularının Ceyrankeçməz dərəsinə doğru olması asılı nəmlənmiş kütlənin sürüşməsinə əlverişli zəmin yaradıb və proses 2 mərhələdə baş verib". Mütəxəssis qeyd edib ki, baş vermiş sürüşmə (detruziv tipli) sahəsinin eni 50-52 m, uzunluğu 165-170 m, qırılma qaşının hündürlüyü 4-4,5 m arasında dəyişir. Proses nəticəsində sürüşmə gövdəsi üzərində eni 0,05-0,95 sm, uzunluğu 2-6 m, görünən dərinliyi 1,3-3,5 m və avtomobil yolunun sağ zolağında müxtəlif istiqamətli çatlar əmələ gəlib. Qırılma qaşının vertikal kəsiyində qeydə alınan infiltrasiya sularının çıxışlarının olması hazırda proseslərin aktiv fazada olmasının göstəricisidir. Monitorinqlər davam edir.

20:15 / 10 Sentyabr 2026
6
20:11 / 10 Sentyabr 2026
15
20:07 / 10 Sentyabr 2026
27
20:03 / 10 Sentyabr 2026
23
19:55 / 10 Sentyabr 2026
27
19:35 / 10 Sentyabr 2026
32
19:06 / 10 Sentyabr 2026
56
18:57 / 10 Sentyabr 2026
125
18:53 / 10 Sentyabr 2026
49
18:47 / 10 Sentyabr 2026
512
18:45 / 10 Sentyabr 2026
48
18:42 / 10 Sentyabr 2026
47
18:33 / 10 Sentyabr 2026
55
18:26 / 10 Sentyabr 2026
62
18:18 / 10 Sentyabr 2026
638
18:13 / 10 Sentyabr 2026
63
17:59 / 10 Sentyabr 2026
64
17:49 / 10 Sentyabr 2026
65
17:25 / 10 Sentyabr 2026
220
17:09 / 10 Sentyabr 2026
85
16:58 / 10 Sentyabr 2026
69
16:32 / 10 Sentyabr 2026
70
16:19 / 10 Sentyabr 2026
72
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.