Qaynar xətt:

(+99450) 247 90 86

Hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ EDİLDİ

2019-03/1553763484_kulekli-hava-oxu.jpg

CƏMİYYƏT

865

28.03.2019, 12:58

\"\"  Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, martın 29-da Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, arabir yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 8-11, Bakıda gecə 4-6, gündüz 8-10 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 766 mm civə sütunu, nisbi rütubət 75-85 faiz olacaq. Azərbaycanın rayonlarında martın 29-da bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 4-7, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti təşkil edəcək. Nazirlik xəbərdarlıq edir ki, martın 29-30-da Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal küləyi əsəcək, fasilələrlə yağış yağacaq.