Qaldığı evdən oğurluq etdi
10 Sentyabr 2026, 19:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
331
03.07.2024, 21:20
Bakıda nağdsız ödənişlərə keçid təmin olunduqdan sonra ictimai nəqliyyatda güzəştlərin və aylıq, illik ödənişlərin tətbiqi mümkün ola bilər.
Oxu24.com xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
"Müxtəlif əhali qrupları - tələbələr, təqaüdçülər və digər sosial qruplardan olan şəxslərə ictimai nəqliyyatda güzəştli gediş haqlarının, həmçinin illik və aylıq ödənişlərin tətbiqi üçün xüsusi infrastruktur qurulmalı, nağdsız ödənişlərə keçid tam təmin edilməlidir.
Hazırda sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər görülməkdədir”,- AYNA qeyd edir.
Bildirilib ki, Bakıda əksər avtobus marşrutlarında nağdsız ödəniş sistemi tətbiq edilir. Paytaxtda 2000-dən artıq avtobus istismar olunur. Bu avtobuslardan 1 824-də nağdsız ödəniş üçün avadanlıq quraşdırılıb.
VI çağırış Milli Məclisin deputatı Vüqar Bayramov hesab edir ki, əksər inkişaf etmiş ölkələrdə, o cümlədən Türkiyədə ictimai nəqliyyatda differensial qiymətlər tətbiq edilir: "Cəmiyyətinin sosial müdafiəyəyə daha çox ehtiyacı olan təbəqələri güzəştli qiymətlər ilə nəqliyyatdan istifadə edə bilərlər. Bu baxımdan Azərbaycanda da oxşar praktikanın tətbiq edilməsinə ehtiyac var. Əksər ölkələrdə olduğu kimi tələbələr üçün güzəştli qiymətlər ilə Tələbə Nəqliyyat Kartının tətbiqi mümkündür. Bu zaman tələbələrin müəyyən güzəştlə ictimai nəqliyyatdan istifadəsi məqsədəuyğun olardı".
Onun sözlərinə görə, tələbələrin elektron bazasının yaradılması qısa zamanda mümkündür və həmin baza əsasında kartların satışı həyata keçirilə bilər: "İkincisi, gündəlik, həftəlik və aylıq kartların tətbiqinə ehtiyac var. Bu zaman müddətindən asılı olaraq 10-30 % intervalında güzəştlər tətbiq edilə bilər. Bu vətəndaşın müddətli kartdan faydalanmaqla aşağı qiymətə ictimai nəqliyyatdan istifadə etməsinə imkan verməklə yanaşı nəqliyyat qurumlarına birdəfəlik gəlirlərin daxil olmasına şərait yaradacaq. Nəticədə, ictimai nəqliyyata məsul olan qurumlar bununla da çevik sərmayə imkanlarını genişləndirə biləcəklər".
20:27 / 10 Sentyabr 2026
3
20:22 / 10 Sentyabr 2026
17
20:15 / 10 Sentyabr 2026
33
20:11 / 10 Sentyabr 2026
35
20:07 / 10 Sentyabr 2026
43
20:03 / 10 Sentyabr 2026
38
19:55 / 10 Sentyabr 2026
41
19:35 / 10 Sentyabr 2026
44
19:06 / 10 Sentyabr 2026
67
18:57 / 10 Sentyabr 2026
163
18:53 / 10 Sentyabr 2026
51
18:47 / 10 Sentyabr 2026
550
18:45 / 10 Sentyabr 2026
57
18:42 / 10 Sentyabr 2026
57
18:33 / 10 Sentyabr 2026
56
18:26 / 10 Sentyabr 2026
63
18:18 / 10 Sentyabr 2026
663
18:13 / 10 Sentyabr 2026
64
17:59 / 10 Sentyabr 2026
65
17:49 / 10 Sentyabr 2026
66
17:25 / 10 Sentyabr 2026
230
17:09 / 10 Sentyabr 2026
86
16:58 / 10 Sentyabr 2026
70
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.