Təhsil sistemində köklü İSLAHAT: Pedaqoji ixtisaslar yalnız dövlət sifarişi ilə olmalıdır?
10 Sentyabr 2026, 20:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
267
02.07.2024, 08:22
Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi sammitinin Şuşada keçirilməsi tarixi hadisədir.
OXU24.COM xəbər verir ki, bunu Axar.az-a açıqlamasında “Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camal TDT-nin iyulun 5-6-da Şuşada keçiriləcək sammiti haqda danışarkən deyib.
Onun sözlərinə görə, TDT-nin Şuşa sammiti azad olunmuş ərazilərdə ilk beynəlxalq səviyyəli siyasi tədbirdir.
“Türk dövlətlərinin liderləri Şuşaya səfər edəcək. İndiyə qədər müxtəlif ölkələrin liderləri ayrı-ayrılıqda belə səfərlər edib, lakin bu sammitdə 8 ölkə lideri Şuşada mühüm siyasi məsələləri müzakirə edəcək. Bu, hər şeydən öncə azad olunmuş ərazilərda qısa müddətdə təhlükəsiz həyatın təmin edildiyinin beynəlxalq səviyyədə nümayiş etdirilməsi deməkdir və perspektivdə bu ərazilərə həm siyasi, həm iqtisadi dividentlər vəd edir.
Birincisi, Şuşa başda olmaqla azad olunmuş ərazilər siyasi dialoq məkanına çevrilə bilər, TDT-nin sammitinin bunun başlanğıcı olacağını düşünürəm.
İkincisi, bu bölgəyə daha çox xarici investisiyanın cəlb edilməsinə şərait yaradır. Adətən xarici investorlar təhlükəsizliyə xüsusi önəm verir, çünki qoyduqları kapitalın risklərlə üzləşməsini istəmirlər. Azad olunmuş ərazilərdə bu səviyyədə tədbirlərin keçirilməsi Qarabağın investisiyalar üçün cəlbedici bölgə olduğunu əyani şəkildə nümayiş etdirir”, - o bildirib.
A.Camal hesab edir ki, TDT sammitinin məhz Şuşada keçirilməsi, ümumiyyətlə qazandığımız zəfərin azad olunmuş ərazilərdə praktiki addımlarla hər keçən gün daha da möhkələndirilməsi istiqamətində atılan addımlar Prezident İlham Əliyevin dərin strategiyasının tərkib hissəsidir:
“Prezident İlham Əliyev tarixi zəfər qazandıqdan sonra bu zəfəri qalıcı etmək və əbədi qələbəyə çevirmək məqsədilə strateji addımlar atır. Bu addımların nəticəsi ortadadır. Azad olunmuş ərazilərimizə təkcə həyat qayıtmır, bu ərazilər həm də artıq siyasi-iqtisadi mərkəzə çevrilir. Fikrimcə, Qarabağ yaxın perspektivdə Cənubi Qafqazın da, türk dünyasının da, islam coğrafiyasının da əsas mərkəzlərindən biri olacaq. Bu, cənab Prezidentin həyata keçirdiyi doğru strategiyanın bəhrəsidir”.
Politoloq qeyd edib ki, TDT-nin Şuşa sammitini ümumilikdə türk dünyasının zəfər sammiti də adlandırmaq olar və bu, təşkilatın perspektiv üçün əhəmiyyətlidir.
“Fikrimcə, bu sammit türk dünyasının məhz Şuşada – Qarabağda daha sıx birləşməsinə, türk coğrafiyasında inteqrasiyanın daha da dərinləşməsinə təkan verəcək”, - A.Camal vurğulayıb.
20:51 / 10 Sentyabr 2026
16
20:50 / 10 Sentyabr 2026
19
20:40 / 10 Sentyabr 2026
41
20:38 / 10 Sentyabr 2026
154
20:27 / 10 Sentyabr 2026
42
20:22 / 10 Sentyabr 2026
52
20:15 / 10 Sentyabr 2026
48
20:11 / 10 Sentyabr 2026
48
20:07 / 10 Sentyabr 2026
55
20:03 / 10 Sentyabr 2026
47
19:55 / 10 Sentyabr 2026
48
19:35 / 10 Sentyabr 2026
53
19:06 / 10 Sentyabr 2026
75
18:57 / 10 Sentyabr 2026
301
18:53 / 10 Sentyabr 2026
55
18:47 / 10 Sentyabr 2026
670
18:45 / 10 Sentyabr 2026
61
18:42 / 10 Sentyabr 2026
59
18:33 / 10 Sentyabr 2026
61
18:26 / 10 Sentyabr 2026
65
18:18 / 10 Sentyabr 2026
747
18:13 / 10 Sentyabr 2026
66
17:59 / 10 Sentyabr 2026
67
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.