Qaynar xətt:

(+99450) 247 90 86

Adil Kərimli Gədəbəydə vətəndaşları qəbul edəcək

Adil Kərimli Gədəbəydə vətəndaşları qəbul edəcək

CƏMİYYƏT

399

01.07.2024, 20:59

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən 2024-cü il iyulun 12-də saat 10:00-da Gədəbəy rayon Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev prospekti 1) Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa, Qazax rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.

OXU24.COM  xəbər verir ki, vətəndaşlar 2024-cü il iyulun 8-dək nazirliyin [email protected] elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsi ilə müraciət etməklə qəbula yazıla bilərlər.