Piyada gəzməyin faydaları
24 Noyabr 2026, 23:48
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
334
01.07.2024, 12:51
Bu gündən Bakı şəhərində yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb.
OXU24.COM xəbər verir ki, Hövsan qəsəbəsini (MİDA) “28 May” metro stansiyası və “Əhmədli” metro stansiyası ilə əlaqələndirən 120 və 121E, həmçinin Şüvəlan və Mərdəkan qəsəbələrini Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirən 140 və 140E nömrəli marşrutlar sərnişinlərin istifadəsinə verilib.
Sürətli sərnişin daşınmasını təmin edəcək 121E və 140E nömrəli ekspres marşrutlar saat 06:30 – 21:00-dək fəaliyyət göstərəcək və yalnız marşrut üzrə əvvəlcədən müəyyən edilmiş dayanacaq məntəqələrində dayanacaq. Bu da sərnişinlərin daha qısa vaxt ərzində təyinat məntəqəsinə çatmasına şərait yaradacaq.
Marşrutlar üzrə müasir və ekoloji təmiz nəqliyyat vasitələri sərnişinlərə xidmət göstərəcək.
“28 May” metro stansiyasını Günəşli qəsəbəsi ilə əlaqələndirən 46 nömrəli müntəzəm marşrutun istismarı isə müsabiqədə qalib gələn yeni daşıyıcı tərəfindən həyata keçiriləcək. Qeyd edilən marşrutlar üzrə müasir “Avro 6” standartına uyğun ekoloji baxımdan təmiz sıxılmış təbii qaz mühərrikli orta və böyüktutumlu avtobuslar nağdsız qaydada fəaliyyət göstərəcək.
Bundan əlavə, M.Şərifli küçəsi (Vərəm dispanseri) – Xətai rayonu Cavanşir küçəsini əlaqələndirən 12 nömrəli müntəzəm marşrutda müasir və rahat avtobuslar istifadəyə verilib.
Optimallaşdırma işləri çərçivəsində Şüvəlan – Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində fəaliyyət göstərən 136 nömrəli müntəzəm marşrut ləğv edilib.
Qeyd edək ki, Azərbaycanda mobilliyin transformasiyası proqramı çərçivəsində yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb. Paytaxtın mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən bütün marşrut xətləri təhlil edilib və əhalinin ictimai nəqliyyata əlçatanlığının artırılması üçün yeni marşrut şəbəkəsi hazırlanıb. Yeni marşrut şəbəkəsi data əsaslı analitik alət olan Bakının “Rəqəmsal əkiz”i vasitəsilə simulyasiya edilib. Simulyasiya nəticəsində yeni şəbəkənin ictimai nəqliyyata əlçatanlığı ciddi artıracağı, eləcə də daha yüksək orta sürət göstəricilərinin olacağı müəyyən edilib.
Yeni marşrut şəbəkəsi xidmət səviyyəsinin yüksəlməsini təmin edəcək.
00:31 / 25 Noyabr 2026
37
00:17 / 25 Noyabr 2026
63
23:55 / 24 Noyabr 2026
95
23:48 / 24 Noyabr 2026
68
23:34 / 24 Noyabr 2026
89
23:33 / 24 Noyabr 2026
110
23:28 / 24 Noyabr 2026
90
23:22 / 24 Noyabr 2026
86
23:15 / 24 Noyabr 2026
90
23:03 / 24 Noyabr 2026
191
23:00 / 24 Noyabr 2026
177
22:54 / 24 Noyabr 2026
776
22:44 / 24 Noyabr 2026
98
22:22 / 24 Noyabr 2026
970
22:16 / 24 Noyabr 2026
133
22:09 / 24 Noyabr 2026
116
22:07 / 24 Noyabr 2026
118
21:54 / 24 Noyabr 2026
222
21:36 / 24 Noyabr 2026
125
21:32 / 24 Noyabr 2026
244
21:26 / 24 Noyabr 2026
116
21:20 / 24 Noyabr 2026
130
21:18 / 24 Noyabr 2026
123
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.