Qaynar xətt:

(+99450) 247 90 86

Avtomobil sexi yandı

Avtomobil sexi yandı

CƏMİYYƏT

293

30.06.2024, 15:31

Xətai rayonunda avtomobil sexində yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən OXU24.COM -a verilən xəbərə görə, Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 15 m² olan avtomobil rəngləmə sexinin ondulindən ibarət dam örtüyünün yanar konstruksiyaları, içərisinə yığılan ehtiyat hissələri qismən, 1 ədəd su sayğacı və 1 ədəd elektrik açarı yanıb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.