Qaynar xətt:

(+99450) 247 90 86

Dondurulmuş qidalar ağır xəstəliklərə səbəb olur - Həkimlərdən xəbərdarlıq - FOTO

2019-03/1553709639_donmus.jpg

CƏMİYYƏT

900

27.03.2019, 22:00

\"\" Dondurulmuş qidalardan tez-tez istifadə edirsinizsə, tərkibini diqqətlə oxuyun.
Oxu24.com bildirir ki, belə qidalar ürək-damar, şəkər xəstəliklərinə, hətta orqanizmdəki hüceyrələrin xarab olmasına belə səbəb ola bilər. Ürək xəstəliyi Dondurulmuş qidalar trans yağlarla zəngindir. Bu isə ürək xəstəliyinə yoluxma riskini artırır və eyni zamanda damarların tıxanmasına səbəb olur. Trans yağlar xolesterolu artırır. Qan təzyiqi Dondurulmuş qidaların tərkibində orqanizmə müxtəlif təsirləri olan maddələr var. Şəkəri və ya duzu çox yüksək səviyyədə olan donmuş qidalar qan təzyiqinə mənfi təsir edir. Bir çox hallarda isə qan təzyiqini kəskin artırır. Diabet Nişasta donmuş qidaları təzə saxlamaq üçün istifadə edilir. Nişasta eyni zamanda yeməyə dad və qoxu da əlavə edir. Bununla birlikdə, nişasta qlükoza polimeridir. Orqanizm bu qlükozanı həzm etmədən şəkərə çevirir. Həddən artıq şəkər isə şəkər xəstəliyinə yoluxma riskini artırır. Xərçəng riski Tədqiqatlar zamanı məlum olub ki, donmuş qidalar, xüsusən də ət pankreas xərçənginə səbəb olur. Aparılan təcrübədə isə donmuş sosis və sendviçlərin xərçəngə yoluxma riskinin ətdən daha çox olduğunu üzə çıxarıb.