Qaynar xətt:

(+99450) 247 90 86

Maqnit qasırğası olacaq! - Tarix açıqlandı

Maqnit qasırğası olacaq! - Tarix açıqlandı

CƏMİYYƏT

582

28.06.2024, 18:28

Qısamüddətli geomaqnit qasırğası gözlənilir.

 

Bu barədə Oxu24.com-a Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.

 

Bildirilib ki, hazırda Günəş aktivliyi aşağı səviyyədədir, bir neçə oblastda Yerə, demək olar, təsiri olmayan C sinif alışmalar olub: "Günəşin diskinin cənub-qərb kənarında 27 iyun tarixində tac kütlə atılması müşahidə olunub. İyulun 1-də gecə saatlarında bunun Yerə zəif təsiri proqnozlaşdırılır".

 

Vurğulanıb ki, geomaqnit sahə ümumiyyətlə sakit səviyyədə olacaq, iyunun 28-29-da qeyri-stabil hala keçəcək, iyunun 30-dan sakit səviyyəyə qayıdacaq: "Geomaqnit aktivliyi göstərən Kp əmsalı iyunun 29-da sübh saatlarıda 3-4,8 intervalında dəyişəcək, saat 10.00-dan sonra isə 1,5-2,5 intervalında stabilləşəcək".