Uşaq aktyor qazandığı pulla ailəsini Moskvaya apardı: İllər sonra məşhur rejissor oldu
10 Sentyabr 2026, 22:20
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
298
28.06.2024, 11:47
Dövlət İmtahan Mərkəzi tərəfindən 2024-cü il iyunun 30-da dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçiriləcək.
DİM-dən verilən xəbərə görə, imtahan bütün binalarda eyni vaxtda – saat 10:00-da başlanır və 3 saat davam edir. Saat 09:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar.
İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edirik. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
şəxsiyyəti təsdiq edən sənədin əsli;
“İmtahana buraxılış vərəqəsi".
İmtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 9 binada təşkil olunacaq. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 437, BB qrupu üzrə 2120 olmaqla, ümumilikdə 2557 namizəd qeydiyyatdan keçib. İmtahanın keçirilməsi üçün 9 ümumi imtahan rəhbəri, 26 imtahan rəhbəri, 221 nəzarətçi və 36 buraxılış rejimi əməkdaşı ayrılıb.
Həmçinin oxuyun
22:44 / 10 Sentyabr 2026
1
22:40 / 10 Sentyabr 2026
978
22:36 / 10 Sentyabr 2026
17
22:28 / 10 Sentyabr 2026
27
22:20 / 10 Sentyabr 2026
42
21:54 / 10 Sentyabr 2026
143
21:50 / 10 Sentyabr 2026
49
21:35 / 10 Sentyabr 2026
59
21:30 / 10 Sentyabr 2026
76
21:27 / 10 Sentyabr 2026
47
21:20 / 10 Sentyabr 2026
54
21:16 / 10 Sentyabr 2026
57
21:15 / 10 Sentyabr 2026
50
21:06 / 10 Sentyabr 2026
58
20:51 / 10 Sentyabr 2026
93
20:50 / 10 Sentyabr 2026
58
20:40 / 10 Sentyabr 2026
58
20:38 / 10 Sentyabr 2026
547
20:27 / 10 Sentyabr 2026
60
20:22 / 10 Sentyabr 2026
67
20:15 / 10 Sentyabr 2026
59
20:11 / 10 Sentyabr 2026
62
20:07 / 10 Sentyabr 2026
77
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.