Qaynar xətt:

(+99450) 247 90 86

Ölümcül ola bilən dərmanların siyahısı yayıldı: Spasmalgon, Tempalgin...

Ölümcül ola bilən dərmanların siyahısı yayıldı: Spasmalgon, Tempalgin...

CƏMİYYƏT

362

27.06.2024, 23:09

Avropa Dərman Agentliyi bəzi dərmanların monitorinqini apardıqlarını açıqlayıb.

OXU24.COM  xəbər verir ki, agentlik aqranulositoza (ağ qan hüceyrələrinin sayının azalması) səbəb olduğu aşkar edilən metamizol tərkibli ağrıkəsicilərin yoxlanıldığını bildirib.

Monitorinq nəticəsində bu dərmanlarla bağlı tövsiyələrin paylaşılacağı qeyd edilib.

"Məlum olan aqranulositoz riskini minimuma endirmək üçün görülən tədbirlərin kifayət qədər təsirli olmaya biləcəyindən narahat olduqdan sonra tərkibində ağrıkəsici metamizol olan dərmanlarla bağlı araşdırmaya başladıq. Təhlükəsizlik komitəsi (PRAC) Aİ-də müxtəlif lisenziyalarla istifadəsinə icazə verilmiş bütün metamizol tərkibli dərmanlar üçün aqranulositoz riskini və mövcud riskin azaldılması tədbirlərini nəzərdən keçirəcək.Komitə aqranulositozun dərmanların fayda-risk balansına təsirini qiymətləndirəcək və Aİ daxilində lisenziyaların davam etdirilməsi, dəyişdirilməsi, dayandırılması və ya ləğv edilməsi barədə tövsiyə verəcək", - deyə agentliyin açıqlamasında vurğulanıb.

 

Agentlik, həmçinin metamizol tərkibli ağrıkəsicilərin 1920-ci illərdən bəri bütün Avropada istifadə edildiyini bildirərək dərmanların siyahısını paylaşıb:

"Metamizol tərkibli dərmanlar Aİ-nin bir sıra ölkələrində qeydiyyata alınıb: Avstriya, Belçika, Bolqarıstan, Xorvatiya, Çexiya, Almaniya, Macarıstan, İtaliya, Latviya, Litva, Lüksemburq, Hollandiya, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya və İspaniya. Finlandiyada lisenziyası olan yeganə metamizol tərkibli dərman ləğv edilir. Onlar bir sıra adlar altında mövcuddur: Afexil, Algifen, Algifen Neo, Algi-Mabo, Algocalmin, Algopyrin, Algozone, Alindor, Alkagin, Alvotor, Analgin, Benlek, Berlosin, Buscapina Compositum, Dialginum, Dolocalma, Flamborin, Gardan, Hexalgin, Locamin, Metagelan, Metalgial, Metamistad, Metamizol, Metapyrin, Natrijev, Nodoryl, Nofebran, Nolotil, Novalgin, Novalgina, Novalgine, Novaminsulfon, Novocalmin, Panalgorin, Piafen, Piralgin, Pyralgin, Pyralgina, Quarelin, Scopolan Compositum, Spasmalgon və Tempalgin".

Aqranulasitoz nədir?

Aqranulositoz bədəndə birdən-birə inkişaf edə bilən təhlükəli leykopeniya, ağ qan hüceyrələrinin sayının azalmasıdır. Aqranulositoz asemptomatik olur və ya qəfil qızdırma, boğaz ağrısı ilə özünü göstərir. Həm də hər hansı bir orqanın çox sürətlə irəliləyən infeksiyası ilə üzə çıxa bilər. Leykositlər əskik olduğundan, mikroskopik orqanizmlər qan dövranı sisteminə sürətlə daxil olur və onların sayını artıraraq ölümə gətirib çıxarır.

 

Məhkəmə iclasına getməsəniz nə baş verər? – Vəkildən AÇIQLAMA  

21:20 / 10 Sentyabr 2026

HÜQUQ HÜQUQ

Məhkəmə iclasına getməsəniz nə baş verər? – Vəkildən AÇIQLAMA  

55

0
Böyrəkdə daş var, amma ağrı vermir: Onu saxlamaq olarmı?

21:16 / 10 Sentyabr 2026

TİBB TİBB

Böyrəkdə daş var, amma ağrı vermir: Onu saxlamaq olarmı?

59

0
Orta Dəhlizdə yeni çağırışlar və Azərbaycanın tranzit potensialı: Politoloq vacib məqamlardan DANIŞDI  

21:15 / 10 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Orta Dəhlizdə yeni çağırışlar və Azərbaycanın tranzit potensialı: Politoloq vacib məqamlardan DANIŞDI  

56

0
Yeni 100 manatlıq əskinasların tanınmama PROBLEMİ: İqtisadçıdan vacib AÇIQLAMALAR  

21:06 / 10 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Yeni 100 manatlıq əskinasların tanınmama PROBLEMİ: İqtisadçıdan vacib AÇIQLAMALAR  

64

0
Təhsil sistemində köklü İSLAHAT: Pedaqoji ixtisaslar yalnız dövlət sifarişi ilə olmalıdır?   

20:51 / 10 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Təhsil sistemində köklü İSLAHAT: Pedaqoji ixtisaslar yalnız dövlət sifarişi ilə olmalıdır?   

105

0
“Tənbəl zob” bağırsaqları və ürəyi niyə yavaşladır? – Həkimdən XƏBƏRDARLIQ  

20:50 / 10 Sentyabr 2026

TİBB TİBB

“Tənbəl zob” bağırsaqları və ürəyi niyə yavaşladır? – Həkimdən XƏBƏRDARLIQ  

60

0
Ac qalaraq arıqlamaq mümkündürmü? – Arıqlamaq istəyərkən ürəyinizi riskə atmayın   

20:40 / 10 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Ac qalaraq arıqlamaq mümkündürmü? – Arıqlamaq istəyərkən ürəyinizi riskə atmayın   

59

0
Azərbaycanda ata oğlunun toyunda HƏBS OLUNDU 

20:38 / 10 Sentyabr 2026

KRİMİNAL KRİMİNAL

Azərbaycanda ata oğlunun toyunda HƏBS OLUNDU 

559

0
Dinc atom siyasəti Azərbaycanın regional təhlükəsizliyində hansı rolu oynayır? – SİYASİ ŞƏRH  

20:27 / 10 Sentyabr 2026

SİYASƏT SİYASƏT

Dinc atom siyasəti Azərbaycanın regional təhlükəsizliyində hansı rolu oynayır? – SİYASİ ŞƏRH  

95

0
Rusiya ağır zərbə endirdi: Ölənlər var

20:22 / 10 Sentyabr 2026

DÜNYA DÜNYA

Rusiya ağır zərbə endirdi: Ölənlər var

68

0
Xərçəng ağciyərə metastaz verəndə əməliyyat mümkündürmü? – Torakal cərrahdan VACİB AÇIQLAMA  

20:15 / 10 Sentyabr 2026

TİBB TİBB

Xərçəng ağciyərə metastaz verəndə əməliyyat mümkündürmü? – Torakal cərrahdan VACİB AÇIQLAMA  

59

0
Əlilliyi olan şəxslərin əmək hüquqları – İşəgötürən nələri təmin etməlidir?  

20:11 / 10 Sentyabr 2026

HÜQUQ HÜQUQ

Əlilliyi olan şəxslərin əmək hüquqları – İşəgötürən nələri təmin etməlidir?  

63

0