Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib
10 Sentyabr 2026, 23:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
328
27.06.2024, 17:11
Ölkənin birinci bankı Kapital Bank-ın rəsmi tərəfdaşlığı ilə ölkəmizdə 5-ci dəfə “Yerli şirkətlərin tanıtım sərgisi” baş tutdu. 150-dən çox şirkətin iştirak etdiyi sərginin təşkilatçıları Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group” idi.
Sərginin açılış tədbirində çıxış edən Kapital Bank-ın İdarə heyətinin üzvü, Baş korporativ satış inzibatçısı Fərid Hidayətzadə tədbiri sahibkarlığın inkişafı istiqamətində atılan önəmli addımlardan biri kimi dəyərləndirib. “Sahibkarlığın inkişafı prioritetlərimizdən biridir. Hazırda Kapital Bank-ın 44 000 aktiv mikro və korporativ müştərisi var. Onlar üçün yaradılan imkanlardan danışsaq individual olaraq formalaşdırılan “Maestro” tarifini mütləq qeyd etməliyəm. Hazırda 1500 müştəri bu tarifdən yararlanaraq xərclərinə 970 000 manat qənaət edib. Rəqəmsallaşmanın tətbiqi ilə təkcə ötən il onlayn olaraq 26 000 sayda kredit rəsmiləşdirmişik. Bundan əlavə, ötən il ərzində başdan başa onlayn şəkildə 2970 sayda 18 milyon manat məbləğində qarantiya məktubu rəsmiləşdirilib. Eləcə də biz müştərilərimizə tam onlayn şəkildə hesab açmaq imkanını da yaratmışıq. İmkanlar olduqca genişdir və biz bu istiqamətdə məhsullarımızı inkişaf etdirməyə davam edirik. Bildiyiniz kimi biz artıq doğma Qarabağımızda Xankəndi, Laçın, Zəngilanda da fəaliyyətə başlamışıq və burada da sahibkarların yanındayıq. Məqsədimiz hər bir sahibkara onun profilinə uyğun, işini asanlaşdıracaq, vaxtına qənaət edəcək bank məhsullarını təklif edə bilməkdir”.
Qeyd edək ki, “Yerli şirkətlərin tanıtım sərgisi” 2019-cu ildən etibarən keçirilir. Kapital Bank-ın da hər il dəstək olduğu sərginin əsas məqsədi Azərbaycan şirkətlərinin fəaliyyətini geniş kütləyə tanıtmaq, onlar üçün yeni bazarlar açmaq, satış imkanlarını genişləndirmək və şirkətlər arasında qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdir.
Həmçinin oxuyun
23:00 / 10 Sentyabr 2026
8
22:53 / 10 Sentyabr 2026
18
22:44 / 10 Sentyabr 2026
27
22:40 / 10 Sentyabr 2026
1163
22:36 / 10 Sentyabr 2026
30
22:28 / 10 Sentyabr 2026
32
22:20 / 10 Sentyabr 2026
46
21:54 / 10 Sentyabr 2026
163
21:50 / 10 Sentyabr 2026
54
21:35 / 10 Sentyabr 2026
62
21:30 / 10 Sentyabr 2026
85
21:27 / 10 Sentyabr 2026
49
21:20 / 10 Sentyabr 2026
56
21:16 / 10 Sentyabr 2026
60
21:15 / 10 Sentyabr 2026
57
21:06 / 10 Sentyabr 2026
64
20:51 / 10 Sentyabr 2026
107
20:50 / 10 Sentyabr 2026
60
20:40 / 10 Sentyabr 2026
59
20:38 / 10 Sentyabr 2026
565
20:27 / 10 Sentyabr 2026
115
20:22 / 10 Sentyabr 2026
68
20:15 / 10 Sentyabr 2026
59
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.