Qaynar xətt:

(+99450) 247 90 86

Nazir gəncləri işaxtaran yox, işəgötürən kimi görmək istəyir

Nazir gəncləri işaxtaran yox, işəgötürən kimi görmək istəyir

CƏMİYYƏT

299

27.06.2024, 14:26

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gəncləri işaxtaran yox, işəgötürən kimi görmək istəyirik.

Bunu elm və təhsil naziri Emin Əmrullayev "Baku ID" festivalı çərçivəsində keçirilən paneldə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hər hansı bir sahə üzrə insanın bacarıqları ən yaxşı on faizə uyğun gəlirsə, həmin insanı istedadlı saymaq olar, həmin faizə daxil olmayanların da istedadlı olmaq şansı var: "Gənclərimizi işaxtaran yox, işəgötürən kimi görmək istəyirik. Ancaq biz ona deyə bilmərik ki, bu gündən işaxtaran yox, işəgötürən olacaqsan. Lakin uzunmüddətli perspektivdə gənclərimizin bilik və bacarıqlarını inkişaf etdirməklə buna nail ola bilərik. İnkişafın, nailiyyətin təməlində öz səhvini başa düşmək və səhvlərindən nəticə çıxarmaq, özünəinamın yüksək olması dayanır. Özünə güvənmək və gələcəyin uğurlu olacağına inanmaq lazımdır. Ən önəmli məsələlərdən biri də cəmiyyətlə birgə təkamül etmək, digər şəxslərin də inkişafına dəstək göstərməkdir. Hər hansı bir səhv etmiş insana qarşı necə davranmaq çox önəmlidir. Hər şey mədəniyyətdən başlayır. Mədəniyyət isə şəxsi keyfiyyətlərlə əlaqəlidir".