Oxu24.com xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videoda iki nəfər məktəbli qızın bir kişi tərəfindən təhdid olunduğu qeyd olunur.
Videonu paylaşan şəxs iddia edir ki, məktəbli qızlar qapıları gəzərək Xoşqədəm Hidayətqızının və Zaur Baxşəliyevin verilişində insanlara yardım etmək adı ilə pul yığırlar.Video sosial şəbəkələrdə paylaşıldıqdan sonra böyük narazılıqla qarşılanıb.Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bu videonu paylaşan şəxsə çox sərt şəkildə iradını bildirib.
"Şərəfsiz SƏNİN kimi alçaqdır ki, hüquq-mühafizə orqanlarına faktı araşdırmaya təqdim etmək əvəzinə azyaşlı qızların üzünü göstərərək guya ifşa edirsən!!! Bu videonu kim çəkibsə sabah həmin şərəfsizin axtarılması ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət edəcəm və bu uşaqların üzünü açıq şəkildə hansı sayt paylaşıbsa hər biriniz barəsində də şikayət verəcəm!!!", deyə o paylaşımında bildirib.
Oxu24.com
ŞƏRHLƏR