Qaynar xətt:

(+99450) 247 90 86

İctimai nəqliyyatda qeyri-etik hərəkətlər edən şəxs həbs edildi -YENİLƏNDİ

İctimai nəqliyyatda qeyri-etik hərəkətlər edən şəxs həbs edildi -YENİLƏNDİ

CƏMİYYƏT

353

22.06.2024, 19:48

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İctimai nəqliyyatda qadın sərnişinə qarşı qeyri-etik hərəkət edən şəxs həbs edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən OXU24.COM -a verilən məlumata görə, Famil Mehrabov 30 gün müddətinə inzibati qaydada həbs edilib.

xxx

14:29

Bir nəfərin ictimai nəqliyyatda qadın sərnişinə qarşı qeyri-etik hərəkət etməsi ilə bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən arşdırılıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı  bildirib ki, araşdırmalarla həmin şəxsin 44 yaşlı Famil Mehrabov olması müəyyən edilərək saxlanılıb.

Bildirilib ki, onun əməlinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar məhkəməyə göndəriləcək.